SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Miller İrəvan və Bakı üçün "əlçatan sülh" ifadəsini belə izah etdi

© MARK WILSON / GETTY IMAGES NORTH AMERICA / Getty Images via AFPABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti - Sputnik Azərbaycan, 1920, 13.07.2023
Abunə olmaq
İyunun 27-29-da Virciniya ştatının Arlinqton şəhərindəki Corc Şults adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli danışıqlar aparılıb.
BAKI, 13 iyul — Sputnik. Ermənistan və Azərbaycan danışıqlar prosesində əhəmiyyətli irəliləyiş əldə ediblər, lakin növbəti danışıqların vaxtı hələ məlum deyil. Bunu çərşənbə günü keçirdiyi brifinqdə Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
Onun sözlərinə görə, buna baxmayaraq, ABŞ səbirsizliklə gözləməkdə davam edir.
"Ermənistan-Azərbaycan danışıqları kontekstində Dövlət Departamentinin əlçatan sülh ifadəsi ilə nə demək istədiyini soruşan jurnalistin aydınlaşdırıcı sualına Miller cavab verməkdə çətinlik çəkib.
"Amma əlçatan sülh dedikdə, biz tərəflərin bir sıra məsələlərdə əhəmiyyətli irəliləyiş əldə etdiyini nəzərdə tuturduq. Hətta Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində son görüşdə Ermənistan və Azərbaycan həll edilməmiş məsələləri azaltdılar. Hesab edirik ki, bu cür məsələlər nə qədər az olsa, razılaşma bir o qədər əlçatan olar.Təbii ki, bu o deməkdir ki, hər iki tərəf kompromisə hazır olmalıdır", - Dövlət Departamentinin sözçüsü bildirib.
İyunun 26-da Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında danışıqlar zamanı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinqdə deyib ki, sülh əlçatandır. Daha sonra Dövlət Departamentinin nümayəndələri bu fikri müxtəlif variasiyalarda bir neçə dəfə təkrarlayıblar.
İyunun 27-29-da Virciniya ştatının Arlinqton şəhərindəki Corc Şults adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli danışıqlar aparılıb.
Onlar Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüblər. ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilən görüşlərin növbəti raundunun nəticələrinə yekun vuraraq deyib ki, danışıqlarda irəliləyiş var, lakin yekun razılaşma üçün hələ çox iş görülməlidir.
Xəbər lenti
0