https://sputnik.az/20230713/ktmt-olkeleri-ucun-bioloji-tehlukelere-hazirligi-temin-etmek-vacibdir---popova-456766839.html
KTMT ölkələri üçün bioloji təhlükələrə hazırlığı təmin etmək vacibdir - Popova
KTMT ölkələri üçün bioloji təhlükələrə hazırlığı təmin etmək vacibdir - Popova
Sputnik Azərbaycan
Rospotrebnadzorun rəhbəri Qərbin Rusiyanın və Avrasiya regionu ölkələrinin zəngin olduğu ərazilər və resurslar üzərində nəzarəti ələ keçirmək üçün hər cür yola... 13.07.2023, Sputnik Azərbaycan
2023-07-13T21:25+0400
2023-07-13T21:25+0400
2023-07-13T21:25+0400
ktmt
dünya xəbərləri
rusiya
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0a/440015827_0:0:3001:1688_1920x0_80_0_0_b2ff5ca269f93e092138df2e38edebe9.jpg
BAKI, 13 iyul — Sputnik. KTMT ölkələri üçün həm təbii, həm də məqsədyönlü şəkildə bioloji təhlükələrə qarşı kollektiv hazırlığı təmin etmək vacibdir. BelTA-nın məlumatına görə, bunu Rospotrebnadzorun rəhbəri, Rusiyanın baş sanitar həkimi Anna Popova Minskdə KTMT-yə üzv ölkələrin səlahiyyətli orqanlarının bioloji təhlükəsizlik məsələləri üzrə Koordinasiya Şurasının iclasında bildirib. "Həm təbii, həm də düşünülmüş təhlükələr də daxil olmaqla, bioloji təhlükələrə qarşı kollektiv hazırlığımızı təmin etmək vacibdir. Rusiya və digər KTMT ölkələri bu cür çağırışlara qarşı durmaq üçün bütün lazımi potensiala malikdirlər və ən əsası, bu gün onlar bioloji suverenliyə malikdirlər", - Popova deyib. O qeyd edib ki, indiki çətin geosiyasi vəziyyətdə bioloji təhlükəsizlik məsələləri təkcə KTMT regionunda deyil, bütövlükdə dünyada beynəlxalq gündəmdə mərkəzi yerlərdən birini tutur. "Rusiya Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirir, Qərb dövlətlərinin uzun illər sərhədlərimizə yaxın ərazilərdə bioloji silahların yaradılması üçün təhlükəli patogenlərin tədqiqi ilə bağlı təhlükəli fəaliyyətinin faktlarını üzə çıxarır. Biz dəfələrlə dünyaya müraciət etmişik. Bu faktlarla bağlı müxtəlif beynəlxalq platformalarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında məlumat vermişik", - deyə Popova bildirib. Onun sözlərinə görə, öz üstünlüyünü qoruyub saxlamaq istəyən Qərb Rusiyanın və Avrasiya regionu ölkələrinin zəngin olduğu ərazilər, resurslar üzərində nəzarəti ələ keçirmək üçün hər cür yola əl atacaq. "Bunun üçün bioloji silahlarla yanaşı, tamamilə fərqli üsullardan istifadə olunur, o cümlədən dövlət çevrilişinə, iğtişaşlara ilham vermək cəhdləri, bunu Belarus və Qazaxıstanda baş verən son hadisələr sübut edir", - o, əlavə edib. KTMT-yə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0a/440015827_96:0:2763:2000_1920x0_80_0_0_4ff823e1d744663f5d27d25e60f8aea7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ktmt, rusiya, ermənistan
KTMT ölkələri üçün bioloji təhlükələrə hazırlığı təmin etmək vacibdir - Popova
Rospotrebnadzorun rəhbəri Qərbin Rusiyanın və Avrasiya regionu ölkələrinin zəngin olduğu ərazilər və resurslar üzərində nəzarəti ələ keçirmək üçün hər cür yola əl atacağını deyib.
BAKI, 13 iyul — Sputnik. KTMT ölkələri üçün həm təbii, həm də məqsədyönlü şəkildə bioloji təhlükələrə qarşı kollektiv hazırlığı təmin etmək vacibdir. BelTA-nın məlumatına görə, bunu Rospotrebnadzorun rəhbəri, Rusiyanın baş sanitar həkimi Anna Popova Minskdə KTMT-yə üzv ölkələrin səlahiyyətli orqanlarının bioloji təhlükəsizlik məsələləri üzrə Koordinasiya Şurasının iclasında bildirib.
"Həm təbii, həm də düşünülmüş təhlükələr də daxil olmaqla, bioloji təhlükələrə qarşı kollektiv hazırlığımızı təmin etmək vacibdir. Rusiya və digər KTMT ölkələri bu cür çağırışlara qarşı durmaq üçün bütün lazımi potensiala malikdirlər və ən əsası, bu gün onlar bioloji suverenliyə malikdirlər", - Popova deyib.
O qeyd edib ki, indiki çətin geosiyasi vəziyyətdə bioloji təhlükəsizlik məsələləri təkcə KTMT regionunda deyil, bütövlükdə dünyada beynəlxalq gündəmdə mərkəzi yerlərdən birini tutur.
"Rusiya Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirir, Qərb dövlətlərinin uzun illər sərhədlərimizə yaxın ərazilərdə bioloji silahların yaradılması üçün təhlükəli patogenlərin tədqiqi ilə bağlı təhlükəli fəaliyyətinin faktlarını üzə çıxarır. Biz dəfələrlə dünyaya müraciət etmişik. Bu faktlarla bağlı müxtəlif beynəlxalq platformalarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında məlumat vermişik", - deyə Popova bildirib.
Onun sözlərinə görə, öz üstünlüyünü qoruyub saxlamaq istəyən Qərb Rusiyanın və Avrasiya regionu ölkələrinin zəngin olduğu ərazilər, resurslar üzərində nəzarəti ələ keçirmək üçün hər cür yola əl atacaq.
"Bunun üçün bioloji silahlarla yanaşı, tamamilə fərqli üsullardan istifadə olunur, o cümlədən dövlət çevrilişinə, iğtişaşlara ilham vermək cəhdləri, bunu Belarus və Qazaxıstanda baş verən son hadisələr sübut edir", - o, əlavə edib.
KTMT-yə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.