https://sputnik.az/20230713/kohen-bakida-sefirliye-qarsi-planlasdirilan-terakta-gore-ran-mesuliyyet-dasiyir-456753009.html
Kohen: Bakıda səfirliyə qarşı planlaşdırılan terakta görə İran məsuliyyət daşıyır
Kohen: Bakıda səfirliyə qarşı planlaşdırılan terakta görə İran məsuliyyət daşıyır
Sputnik Azərbaycan
Kohen beynəlxalq ictimaiyyəti İranın terror fəaliyyətlərinə qarşı çıxmaq üçün birləşməyə çağırıb. 13.07.2023, Sputnik Azərbaycan
2023-07-13T11:41+0400
2023-07-13T11:41+0400
2023-07-13T11:41+0400
bakı
dünya xəbərləri
israil
səfirlik
terror aktı
xin
iran
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1d/453131830_0:161:3070:1888_1920x0_80_0_0_bbc9d9c16c15b74072279e7acf67aad5.jpg
BAKI, 13 iyul — Sputnik. İsrailin Azərbaycandakı səfirliyinə qarşısı alınmış terror hücumuna görə İran məsuliyyət daşıyır. APA “Times of İsrael” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Kohen deyib. XİN rəhbəri Serbiyaya rəsmi səfəri zamanı verdiyi açıqlamada Tehranın terror hücumuna cəhdin arxasında olduğunu bildirib. "İran terroru qlobal təhlükədir, bunu biz son bir neçə gündə Azərbaycanda, İsrailin Bakıdakı səfirliyinə hücum cəhdində, eləcə də son aylarda Kipr və Yunanıstanda israillilərə və yəhudilərə qarşı hücum cəhdlərində gördük", - Koen vurğulayıb. Nazir əlavə edib ki, İran hücuma cəhd edən terror şəbəkəsini maliyyələşdirib və ona göstərişlər verib. Kohen beynəlxalq ictimaiyyəti İranın terror fəaliyyətlərinə qarşı çıxmaq üçün birləşməyə çağırıb. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir gün əvvəl yaydığı məlumatda bildirilib ki, aparılan araşdırmalarla Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib. Məlum olub ki, adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycan Respublikasına gəlmiş, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparmış, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib. Faktla bağlı Favzan Musa Xan DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə başlanılmış cinayət işi üzrə cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində DTX tərəfindən kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1d/453131830_170:0:2901:2048_1920x0_80_0_0_f5f2868e77399160f46fbfdfa974356c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, israil, səfirlik, terror aktı, xin, iran
bakı, israil, səfirlik, terror aktı, xin, iran
Kohen: Bakıda səfirliyə qarşı planlaşdırılan terakta görə İran məsuliyyət daşıyır
Kohen beynəlxalq ictimaiyyəti İranın terror fəaliyyətlərinə qarşı çıxmaq üçün birləşməyə çağırıb.
BAKI, 13 iyul — Sputnik. İsrailin Azərbaycandakı səfirliyinə qarşısı alınmış terror hücumuna görə İran məsuliyyət daşıyır.
APA “Times of İsrael” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Kohen deyib.
XİN rəhbəri Serbiyaya rəsmi səfəri zamanı verdiyi açıqlamada Tehranın terror hücumuna cəhdin arxasında olduğunu bildirib.
"İran terroru qlobal təhlükədir, bunu biz son bir neçə gündə Azərbaycanda, İsrailin Bakıdakı səfirliyinə hücum cəhdində, eləcə də son aylarda Kipr və Yunanıstanda israillilərə və yəhudilərə qarşı hücum cəhdlərində gördük", - Koen vurğulayıb.
Nazir əlavə edib ki, İran hücuma cəhd edən terror şəbəkəsini maliyyələşdirib və ona göstərişlər verib.
Kohen beynəlxalq ictimaiyyəti İranın terror fəaliyyətlərinə qarşı çıxmaq üçün birləşməyə çağırıb.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir gün əvvəl yaydığı məlumatda bildirilib ki, aparılan araşdırmalarla Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib. Məlum olub ki, adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycan Respublikasına gəlmiş, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparmış, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.
Faktla bağlı Favzan Musa Xan DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə başlanılmış cinayət işi üzrə cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində DTX tərəfindən kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirilir.