https://sputnik.az/20230713/asura-gununde-qanverme-aksiyalarinin-kecirileceyi-unvanlar-aciqlanib-456769012.html
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb
Sputnik Azərbaycan
Qafqaz Müsəlmanları İdarəsi bu il Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlayıb. 13.07.2023, Sputnik Azərbaycan
2023-07-13T16:29+0400
2023-07-13T16:29+0400
2023-07-13T16:29+0400
aşura
cəmiyyət
məhərrəmlik
məhərrəmlik ayı
qanvermə aksiyası
qafqaz müsəlmanları idarəsi
https://cdnn1.img.sputnik.az/img/41209/81/412098197_0:205:2000:1330_1920x0_80_0_0_56fe01d03795561251ce6baf159e1bde.jpg
BAKI, 13 iyul — Sputnik. Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, bu il Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanları belədir: Bakı şəhəri üzrə: Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı Nizami rayonu Şah Abbas məscidi Səbail rayonu Bibiheybət məscid ziyarətgahı Suraxanı rayonu Qaraçuxur məscidi Yasamal rayonu Təzə Pir məscidi Yasamal rayonu Hacı Soltanəli məscidi Binəqədi rayonu İmam Əli məscidi. Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri. Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək. "Son illər məhərrəmlik dönəmində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunələrindən biridir. Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, göstərilən ünvanlarda ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn (ə) xatirinə həyat bəxş edəcəklər", - QMİ-nin açıqlamasında bildirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41209/81/412098197_0:0:1774:1330_1920x0_80_0_0_e09c714de5889cc4b285bc9dee7bd208.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aşura, məhərrəmlik, məhərrəmlik ayı, qanvermə aksiyası, qafqaz müsəlmanları idarəsi
aşura, məhərrəmlik, məhərrəmlik ayı, qanvermə aksiyası, qafqaz müsəlmanları idarəsi
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb
Qafqaz Müsəlmanları İdarəsi bu il Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlayıb.
BAKI, 13 iyul — Sputnik. Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, bu il Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanları belədir:
Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı
Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı
Nizami rayonu Şah Abbas məscidi
Səbail rayonu Bibiheybət məscid ziyarətgahı
Suraxanı rayonu Qaraçuxur məscidi
Yasamal rayonu Təzə Pir məscidi
Yasamal rayonu Hacı Soltanəli məscidi
Binəqədi rayonu İmam Əli məscidi.
Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.
Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.
"Son illər məhərrəmlik dönəmində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunələrindən biridir. Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, göstərilən ünvanlarda ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn (ə) xatirinə həyat bəxş edəcəklər", - QMİ-nin açıqlamasında bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.