https://sputnik.az/20230712/yeni-dogulanlarda-exovirus-epidemiyasi-avropa-olkeleri-ust-e-muraciet-edibler-456694046.html
Yeni doğulanlarda “exovirus” epidemiyası: Avropa ölkələri ÜST-ə müraciət ediblər
Yeni doğulanlarda “exovirus” epidemiyası: Avropa ölkələri ÜST-ə müraciət ediblər
Sputnik Azərbaycan
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, iyun ayından etibarən digər Avropa ölkələrində də yoluxma halları müəyyən edilib. 12.07.2023, Sputnik Azərbaycan
2023-07-12T10:01+0400
2023-07-12T10:01+0400
2023-07-12T10:01+0400
üst
səhiyyə
xəstəlik
körpə
virus
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441956612_0:0:3077:1731_1920x0_80_0_0_e170ab6ba19ef17f00a7b2080fa7b47a.jpg
BAKI, 12 iyul — Sputnik. May ayında Fransa yeni doğulanlarda “Exovirus-11” infeksiyası üzündən ağır sepsis hallarının artması barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verib. Böyük Britaniya, İspaniya, İtaliya, Fransa, Xorvatiya və İsveç ÜST-ə yeni doğulan uşaqlarda “Exovirus-11” (“E-11”) infeksiyası hallarının artdığını bildiriblər. İspaniyanın “La Razon” qəzeti bu barədə yazıb. May ayında Fransa ÜST-ə “E-11” infeksiyası üzündən yeni doğulanlarda ağır sepsis hallarının artması barədə məlumat verib. Bu səbəbdən yeddi uşaq ölüb, daha ikisinin vəziyyəti ağırdır. İyun ayından etibarən digər Avropa ölkələrində də virusa yoluxma halları müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2016-2021-ci illərdə körpələr arasında “E-11” infeksiyasının digər infeksiyalarla müqayisədə nisbəti 6,2% olub, 2022-ci ildə isə 55%-ə yüksəlib. Beynəlxalq təşkilat qeyd edib ki, yeni doğulanların arasında xəstələnmə və ağırlaşmaların belə artması tipik hesab olunmur. ÜST bu xəstəliyin yayıldığı ölkələri təşkilata yeni infeksiyalar barədə məlumat verməyə çağırıb, həkimləri isə əgər körpələrdə bu infeksiya növündən şübhələnirlərsə, nümunələr toplayarkən bütün ehtiyat tədbirlərinə riayət edib, enterovirusları yoxlamağa səsləyib. “Exovirus-11” müxtəlif yoluxucu xəstəliklərə səbəb olan enteroviruslar qrupuna aiddir. Enterovirus epidemiyaları hər il baş verir. Körpələrdə bu, kəskin viruslu hepatit, sepsis, meningit və qanaxma pozğunluqları da daxil olmaqla iltihablı sindroma səbəb ola bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441956612_121:0:2852:2048_1920x0_80_0_0_1b529903c8b776e0157fecf25cec6c37.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
üst, xəstəlik, körpə, virus
üst, xəstəlik, körpə, virus
Yeni doğulanlarda “exovirus” epidemiyası: Avropa ölkələri ÜST-ə müraciət ediblər
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, iyun ayından etibarən digər Avropa ölkələrində də yoluxma halları müəyyən edilib.
BAKI, 12 iyul — Sputnik. May ayında Fransa yeni doğulanlarda “Exovirus-11” infeksiyası üzündən ağır sepsis hallarının artması barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verib.
Böyük Britaniya, İspaniya, İtaliya, Fransa, Xorvatiya və İsveç ÜST-ə yeni doğulan uşaqlarda “Exovirus-11” (“E-11”) infeksiyası hallarının artdığını bildiriblər. İspaniyanın “La Razon” qəzeti bu barədə yazıb.
May ayında Fransa ÜST-ə “E-11” infeksiyası üzündən yeni doğulanlarda ağır sepsis hallarının artması barədə məlumat verib. Bu səbəbdən yeddi uşaq ölüb, daha ikisinin vəziyyəti ağırdır. İyun ayından etibarən digər Avropa ölkələrində də virusa yoluxma halları müəyyən edilib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2016-2021-ci illərdə körpələr arasında “E-11” infeksiyasının digər infeksiyalarla müqayisədə nisbəti 6,2% olub, 2022-ci ildə isə 55%-ə yüksəlib. Beynəlxalq təşkilat qeyd edib ki, yeni doğulanların arasında xəstələnmə və ağırlaşmaların belə artması tipik hesab olunmur.
ÜST bu xəstəliyin yayıldığı ölkələri təşkilata yeni infeksiyalar barədə məlumat verməyə çağırıb, həkimləri isə əgər körpələrdə bu infeksiya növündən şübhələnirlərsə, nümunələr toplayarkən bütün ehtiyat tədbirlərinə riayət edib, enterovirusları yoxlamağa səsləyib.
“Exovirus-11” müxtəlif yoluxucu xəstəliklərə səbəb olan enteroviruslar qrupuna aiddir. Enterovirus epidemiyaları hər il baş verir. Körpələrdə bu, kəskin viruslu hepatit, sepsis, meningit və qanaxma pozğunluqları da daxil olmaqla iltihablı sindroma səbəb ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.