DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna NATO-ya qəbulun sürətləndirilməsinə ümid etməməlidir - Macarıstan XİN

© AFP 2024 / MICHAL CIZEKPeter Siyarto
Peter Siyarto - Sputnik Azərbaycan, 1920, 12.07.2023
Abunə olmaq
NATO liderləri açıq şəkildə bildiriblər ki, Kiyev bütün şərtləri yerinə yetirərsə və müttəfiqlər yekdil rəyə gələrsə, Ukrayna üzvlüyə dəvət olunacaq.
BAKI, 12 iyul — Sputnik. Ukrayna dolayı yollarla NATO-ya qəbulun sürətləndirilməsinə ümid etməməlidir. Bunu çərşənbə günü baş nazir Viktor Orbanla birlikdə Vilnüsdə NATO sammitində olan Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
O, qeyd edib ki, Ukrayna görüşdə Şimali Atlantika Alyansına qoşulmaq üçün nə dəvət, nə də cədvəl almayıb və bu, düzgün qərardır.
Siyartonun sözlərinə görə, "NATO liderləri açıq şəkildə bildiriblər ki, Ukrayna bütün şərtləri yerinə yetirərsə və müttəfiqlər bir gün bu məsələdə yekdil rəyə gələrsə, Ukrayna üzvlüyə dəvət olunacaq".
NATO-nun baş katibi Yens Stoltenberq iyulun 11-də sammitin ilk gününün yekunlarına əsasən deyib ki, Vilnüsdə Ukraynaya doğru üç addım atılıb. Birincisi, Ukraynadan alyansa üzvlüklə bağlı fəaliyyət planını yerinə yetirməsini tələb etməmək qərara alınıb. İkincisi, Ukraynaya çoxillik hərbi yardım proqramı təsdiq edilib. Üçüncüsü, Ukrayna-NATO Şurasının yaradılması təsdiqlənib.
Stoltenberqin sözlərinə görə, Ukraynanın NATO-ya daxil olmaq üçün şərtləri yerinə yetirməsi alyans ölkələri tərəfindən qiymətləndiriləcək. Onların fikrincə, Ukrayna müdafiə və təhlükəsizlik institutlarını modernləşdirməli və islahat həyata keçirməli, həmçinin korrupsiya ilə effektiv mübarizə aparmalıdır. Bundan əlavə, liderlər razılaşıblar ki, Ukrayna öz ərazisində silahlı münaqişə həll olunmayana qədər NATO-ya üzv ola bilməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Ukrayna Prezidenti Vladimir Zelenski  - Sputnik Azərbaycan, 1920, 12.07.2023
DÜNYA XƏBƏRLƏRİ
Zelenski NATO sammitindən narazı qalıb
Xəbər lenti
0