https://sputnik.az/20230712/turkiye-rusiya-ile-ukrayna-arasinda-sulhun-baglanmasinin-terefdaridir---erdogan-456746422.html
Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün bağlanmasının tərəfdarıdır - Ərdoğan
Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün bağlanmasının tərəfdarıdır - Ərdoğan
Sputnik Azərbaycan
Türkiyə Prezidenti deyib ki, sülhün əldə edilməsində uduzan olmadığı kimi, müharibədə də qalib yoxdur. 12.07.2023, Sputnik Azərbaycan
2023-07-12T20:30+0400
2023-07-12T20:30+0400
2023-07-12T20:30+0400
dünya xəbərləri
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
ukrayna
vladimir zelenski
sergey narışkin
nato
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0b/456691295_0:161:3071:1888_1920x0_80_0_0_17bfa224128778c9fac01bb5b2191718.jpg
BAKI, 12 iyul - Sputnik. Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün bağlanmasının tərəfdarıdır və hesab edir ki, bu halda uduzan olmayacaq.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüsdə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında deyib."Sülhün əldə edilməsində uduzan olmadığı kimi, müharibədə də qalib yoxdur. Biz regionumuzda sülhə ümidi canlandırmaq istəyirik. Ukraynada ədalətli sülhün bərqərar olmasının tərəfdarıyıq", - o vurğulayıb.Eyni zamanda Türkiyə lideri qeyd edib ki, Rusiya və Ukrayna arasında vəziyyətin həll olunması üçün vasitəçi olmağa hazırdır. Lakin ona belə bir təkliflə müraciət edən olmayıb.Xatırladaq ki, 11-12 iyul tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində NATO-nun sammiti keçirilib. NATO dövlətlərinin liderləri Şimali Atlantika Alyansının qarşısında duran ən aktual vəzifələri həll etmək üçün bir araya gəliblər.Sammit bir çox məsələlər, o cümlədən İsveçin alyansa üzvlüyü, Ukraynaya dəstək, üzv ölkələrin müdafiə öhdəliyinin artırılması kimi məsələlər müzakirə edilib. Gözləntilərin əksinə olaraq, sammitdə Ukrayna Alyansa dəvət edilməyib. Halbuki daha əvvəl Alyansın Baş katibi Yens Stoltenberq Kiyevin quruma üzvlük istəyini dəstəkləmişdi.Bu arada Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Seygey Narışkin qeyd edib ki, Litvada keçirilən NATO sammitində Rusiya üçün gözlənilməz heç nə səslənməyib və sənədlərdə qeyd olunmayıb."Mənə elə gəlir ki, sammitə hazırlığın bütün mərhələsi kifayət qədər açıq şəkildə keçirilib, ona görə də sammitdə Rusiya tərəfi üçün gözlənilməz ola biləcək heç nə eşidilməyib və sənədlərdə qeyd olunmayıb", - Xarici Kəşfiyyat Xidmətinin direktoru deyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0b/456691295_170:0:2901:2048_1920x0_80_0_0_6c10a8111603d7541b4089762028211b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, ukrayna, vladimir zelenski, sergey narışkin, nato
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, ukrayna, vladimir zelenski, sergey narışkin, nato
Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün bağlanmasının tərəfdarıdır - Ərdoğan
Türkiyə Prezidenti deyib ki, sülhün əldə edilməsində uduzan olmadığı kimi, müharibədə də qalib yoxdur.
BAKI, 12 iyul - Sputnik. Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün bağlanmasının tərəfdarıdır və hesab edir ki, bu halda uduzan olmayacaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüsdə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
"Sülhün əldə edilməsində uduzan olmadığı kimi, müharibədə də qalib yoxdur. Biz regionumuzda sülhə ümidi canlandırmaq istəyirik. Ukraynada ədalətli sülhün bərqərar olmasının tərəfdarıyıq", - o vurğulayıb.
Eyni zamanda Türkiyə lideri qeyd edib ki, Rusiya və Ukrayna arasında vəziyyətin həll olunması üçün vasitəçi olmağa hazırdır. Lakin ona belə bir təkliflə müraciət edən olmayıb.
Xatırladaq ki, 11-12 iyul tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində NATO-nun sammiti keçirilib. NATO dövlətlərinin liderləri Şimali Atlantika Alyansının qarşısında duran ən aktual vəzifələri həll etmək üçün bir araya gəliblər.
Sammit bir çox məsələlər, o cümlədən İsveçin alyansa üzvlüyü, Ukraynaya dəstək, üzv ölkələrin müdafiə öhdəliyinin artırılması kimi məsələlər müzakirə edilib.
Gözləntilərin əksinə olaraq, sammitdə Ukrayna Alyansa dəvət edilməyib.
Halbuki daha əvvəl Alyansın Baş katibi Yens Stoltenberq Kiyevin quruma üzvlük istəyini dəstəkləmişdi.
Bu arada Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Seygey Narışkin qeyd edib ki, Litvada keçirilən NATO sammitində Rusiya üçün gözlənilməz heç nə səslənməyib və sənədlərdə qeyd olunmayıb.
"Mənə elə gəlir ki, sammitə hazırlığın bütün mərhələsi kifayət qədər açıq şəkildə keçirilib, ona görə də sammitdə Rusiya tərəfi üçün gözlənilməz ola biləcək heç nə eşidilməyib və sənədlərdə qeyd olunmayıb", - Xarici Kəşfiyyat Xidmətinin direktoru deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.