https://sputnik.az/20230712/turkiye-bogazlarindan-bir-dene-de-herbi-gemi-buraxmayib---erdogan--456747591.html
Türkiyə boğazlarından bir dənə də hərbi gəmi buraxmayıb - Ərdoğan
Türkiyə boğazlarından bir dənə də hərbi gəmi buraxmayıb - Ərdoğan
Sputnik Azərbaycan
BMT-nin Baş katibi Antoniu Quterreş Rusiya Prezidenti Vladimir Putinə taxıl sazişinin uzadılması təklifləri ilə bağlı məktub göndərib. 12.07.2023, Sputnik Azərbaycan
2023-07-12T23:21+0400
2023-07-12T23:21+0400
2023-07-13T10:21+0400
dünya xəbərləri
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
putin
rusiya prezidenti vladimir putin
antonio quterreş
montrö şəhəri
https://cdnn1.img.sputnik.az/img/07e6/08/02/444604936_0:136:3006:1827_1920x0_80_0_0_b0453b19261305975eadb8707d3cbc0f.jpg
BAKI, 12 iyul - Sputnik. "Ukrayna münaqişəsi başlayandan Türkiyə Montrö Konvensiyasının müddəalarına əməl edərək, boğazlarından bir dənə də olsun hərbi gəmini buraxmayıb".Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib."Rusiya-Ukrayna müharibəsinin 504-cü günü başa çatıb. Müharibəni dayandırmaq üçün fəal səylər göstəririk. Biz Montrö boğazları haqqında Konvensiyanı uğurla həyata keçiririk, hərbi gəmilərin keçməsinin qarşısını alırıq", - o vurğulayıb.Ərdoğan həmçinini qeyd edib ki, yüz milyonlarla insanın ümidi olan Qara Dəniz Taxıl Sazişinin müddətinin yenidən uzadılması üçün danışıqlar davam edir.Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski sazişin uzadılmasına tərəfdardır, Rusiya Prezidenti Vladimir Putinin də təklifləri var.Ərdoğan, bütün bu kimi məsələlərin üzərində çalışacaqlarını diqqətə çatdırıb.Quterreşin Putinə məktubuBu arada BMT-nin Baş katibi Antoniu Quterreş Rusiya Prezidenti Vladimir Putinə taxıl sazişinin uzadılması təklifləri ilə bağlı məktub göndərib.Bu barədə Quterreşin ofisi məlumat yayıb.Məlumatda deyilir ki, BMT-nin baş katibi taxıl sazişi ilə bağlı təkliflər üzrə Rusiya ilə əməkdaşlığa hazırdır.Taxıl müqaviləsi haqqında2022-ci ilin iyulunda İstanbulda Ukrayna limanlarından ərzaq və gübrələrin beynəlxalq bazarlara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb, 2022-ci ilin noyabrında həmin müddətə uzadılıb. Cari il mayın 18-də Rusiya sövdələşmənin müddətini 60 gün, yəni iyulun 17-dək uzadacağını elan edərək, bu müddətin BMT ilə imzalanmış memorandumun icrasını qiymətləndirmək üçün kifayət edəcəyi barədə xəbərdarlıq edib.İyunun 30-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, hazırda o, razılaşmaların uzadılmasının lehinə heç bir arqument görmür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/02/444604936_195:0:2812:1963_1920x0_80_0_0_db52f5fb9cfa285f7210b25c67e2c109.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, putin, rusiya prezidenti vladimir putin, antonio quterreş, montrö şəhəri
rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, putin, rusiya prezidenti vladimir putin, antonio quterreş, montrö şəhəri
Türkiyə boğazlarından bir dənə də hərbi gəmi buraxmayıb - Ərdoğan
23:21 12.07.2023 (Yenilənib: 10:21 13.07.2023) BMT-nin Baş katibi Antoniu Quterreş Rusiya Prezidenti Vladimir Putinə taxıl sazişinin uzadılması təklifləri ilə bağlı məktub göndərib.
BAKI, 12 iyul - Sputnik. "Ukrayna münaqişəsi başlayandan Türkiyə Montrö Konvensiyasının müddəalarına əməl edərək, boğazlarından bir dənə də olsun hərbi gəmini buraxmayıb".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
"Rusiya-Ukrayna müharibəsinin 504-cü günü başa çatıb. Müharibəni dayandırmaq üçün fəal səylər göstəririk. Biz Montrö boğazları haqqında Konvensiyanı uğurla həyata keçiririk, hərbi gəmilərin keçməsinin qarşısını alırıq", - o vurğulayıb.
Ərdoğan həmçinini qeyd edib ki, yüz milyonlarla insanın ümidi olan Qara Dəniz Taxıl Sazişinin müddətinin yenidən uzadılması üçün danışıqlar davam edir.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski sazişin uzadılmasına tərəfdardır, Rusiya Prezidenti Vladimir Putinin də təklifləri var.
Ərdoğan, bütün bu kimi məsələlərin üzərində çalışacaqlarını diqqətə çatdırıb.
Quterreşin Putinə məktubu
Bu arada BMT-nin Baş katibi Antoniu Quterreş Rusiya Prezidenti Vladimir Putinə taxıl sazişinin uzadılması təklifləri ilə bağlı məktub göndərib.
Bu barədə Quterreşin ofisi məlumat yayıb.
Məlumatda deyilir ki, BMT-nin baş katibi taxıl sazişi ilə bağlı təkliflər üzrə Rusiya ilə əməkdaşlığa hazırdır.
Taxıl müqaviləsi haqqında
2022-ci ilin iyulunda İstanbulda Ukrayna limanlarından ərzaq və gübrələrin beynəlxalq bazarlara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb, 2022-ci ilin noyabrında həmin müddətə uzadılıb. Cari il mayın 18-də Rusiya sövdələşmənin müddətini 60 gün, yəni iyulun 17-dək uzadacağını elan edərək, bu müddətin BMT ilə imzalanmış memorandumun icrasını qiymətləndirmək üçün kifayət edəcəyi barədə xəbərdarlıq edib.
İyunun 30-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, hazırda o, razılaşmaların uzadılmasının lehinə heç bir arqument görmür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.