https://sputnik.az/20230712/serj-sarkisyan-mehkeme-qarsisinda---vekilinin-vesateti-redd-edildi-456722109.html
Serj Sarkisyan məhkəmə qarşısında - vəkilinin vəsatəti rədd edildi
Serj Sarkisyan məhkəmə qarşısında - vəkilinin vəsatəti rədd edildi
Sputnik Azərbaycan
Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Karapet Badalyan qeyd edib ki, Konstitusiya Məhkəməsi sözügedən qanunun konstitusiyaya uyğunsuzluğu ilə bağlı... 12.07.2023, Sputnik Azərbaycan
2023-07-12T13:27+0400
2023-07-12T13:27+0400
2023-07-12T14:10+0400
serj sarkisyan
dünya xəbərləri
ermənistan
https://cdnn1.img.sputnik.az/img/41230/52/412305291_0:0:3340:1879_1920x0_80_0_0_8accbcf1506eaaf550a292b7552142a5.jpg
BAKI, 12 iyul — Sputnik. Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın cinayət işinə xitam verilməsi barədə vəkili Vaaqn Qriqorya vəsatət verib. O, vəsatətində göstərib ki, Konstitusiya Məhkəməsi "Qanunsuz yolla əldə edilmiş əmlakın müsadirəsi haqqında" qanunun Konstitusiyaya uyğunluğu məsələsinə baxır. Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Karapet Badalyan qeyd edib ki, Konstitusiya Məhkəməsi sözügedən qanunun konstitusiyaya uyğunsuzluğu ilə bağlı qərar qəbul etməyib. Onun sözlərinə görə, icraatın dayandırılması üçün əsas onun Konstitusiya Məhkəməsinin qərarına qədər baxılmasının mümkünsüzlüyü ola bilər. Amma hazırda belə bir əsas yoxdur. "Müdafiəçinin vəsatəti əsassızdır və təmin edilməyib. Apellyasiya şikayəti verilə bilməz", - Badalyan bildirib. "Qanunsuz əmlakın müsadirəsi haqqında" qanun 2020-ci il aprelin 16-da qəbul edilib və həmin il mayın 23-də qüvvəyə minib. Müxalifətçi deputatların bəyanatı əsasında hazırda Konstitusiya Məhkəməsi bu qanunun Konstitusiyaya uyğunluğu məsələsinə baxır. Bu işə baxarkən Konstitusiya Məhkəməsi bu məsələdə ən uğurlu təcrübənin öyrənilməsinin zəruriliyini bildirib. İttihama görə, Sarkisyan biznesmen Barseq Beqlaryanın təklifi və kənd təsərrüfatı nazirinin müavini Serqo Karapetyan və Samvel Qalstyanın (hər ikisi keçmiş), eləcə də bitkiçilik şöbəsinin rəisi Gevorq Arutyunyanın köməyi ilə böyük miqyasda mənimsəmə törədib. Sabiq prezident ona qarşı cinayət işini siyasi sifariş adlandırıb. İşdə əli olan Barseq Beqlaryan da günahını etiraf etməyib. Serj Sarkisyan və Barseq Beqlaryana qarşı cinayət işi 2019-cu ilin sonunda başlayıb. İstintaqın məlumatına görə, 2013-cü ildə o vaxtkı dövlət başçısı "Flash" şirkətinə himayədarlıq edib. Rəqibi daha yüksək qiymət təklif etsə də (təxminən bir milyon dollar) dizel yanacağının tədarükü üçün hökumət tenderini qazanıb. Beləliklə, dövlətə 1 milyon dollara yaxın ziyan dəyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41230/52/412305291_371:0:3340:2227_1920x0_80_0_0_e0d5ef2bd45b9945aa600bc645e1ba4d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
serj sarkisyan, ermənistan
serj sarkisyan, ermənistan
Serj Sarkisyan məhkəmə qarşısında - vəkilinin vəsatəti rədd edildi
13:27 12.07.2023 (Yenilənib: 14:10 12.07.2023) Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Karapet Badalyan qeyd edib ki, Konstitusiya Məhkəməsi sözügedən qanunun konstitusiyaya uyğunsuzluğu ilə bağlı qərar qəbul etməyib.
BAKI, 12 iyul — Sputnik. Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın cinayət işinə xitam verilməsi barədə vəkili Vaaqn Qriqorya vəsatət verib.
O, vəsatətində göstərib ki, Konstitusiya Məhkəməsi "Qanunsuz yolla əldə edilmiş əmlakın müsadirəsi haqqında" qanunun Konstitusiyaya uyğunluğu məsələsinə baxır.
Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Karapet Badalyan qeyd edib ki, Konstitusiya Məhkəməsi sözügedən qanunun konstitusiyaya uyğunsuzluğu ilə bağlı qərar qəbul etməyib. Onun sözlərinə görə, icraatın dayandırılması üçün əsas onun Konstitusiya Məhkəməsinin qərarına qədər baxılmasının mümkünsüzlüyü ola bilər. Amma hazırda belə bir əsas yoxdur.
"Müdafiəçinin vəsatəti əsassızdır və təmin edilməyib. Apellyasiya şikayəti verilə bilməz", - Badalyan bildirib.
"Qanunsuz əmlakın müsadirəsi haqqında" qanun 2020-ci il aprelin 16-da qəbul edilib və həmin il mayın 23-də qüvvəyə minib. Müxalifətçi deputatların bəyanatı əsasında hazırda Konstitusiya Məhkəməsi bu qanunun Konstitusiyaya uyğunluğu məsələsinə baxır. Bu işə baxarkən Konstitusiya Məhkəməsi bu məsələdə ən uğurlu təcrübənin öyrənilməsinin zəruriliyini bildirib.
İttihama görə, Sarkisyan biznesmen Barseq Beqlaryanın təklifi və kənd təsərrüfatı nazirinin müavini Serqo Karapetyan və Samvel Qalstyanın (hər ikisi keçmiş), eləcə də bitkiçilik şöbəsinin rəisi Gevorq Arutyunyanın köməyi ilə böyük miqyasda mənimsəmə törədib. Sabiq prezident ona qarşı cinayət işini siyasi sifariş adlandırıb. İşdə əli olan Barseq Beqlaryan da günahını etiraf etməyib.
Serj Sarkisyan və Barseq Beqlaryana qarşı cinayət işi 2019-cu ilin sonunda başlayıb. İstintaqın məlumatına görə, 2013-cü ildə o vaxtkı dövlət başçısı "Flash" şirkətinə himayədarlıq edib. Rəqibi daha yüksək qiymət təklif etsə də (təxminən bir milyon dollar) dizel yanacağının tədarükü üçün hökumət tenderini qazanıb. Beləliklə, dövlətə 1 milyon dollara yaxın ziyan dəyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.