Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN Lavrovun ASEAN-ın Baş katibi ilə müzakirə etdiyi məsələləri açıqladı

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidLavrov
Lavrov - Sputnik Azərbaycan, 1920, 12.07.2023
Abunə olmaq
Nazirlik qeyd edib ki, görüş zamanı həmçinin ASEAN-ın Aİİ və ŞƏT ilə əlaqələrinin qurulması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
BAKI, 12 iyul — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) baş katibi Kao Kimhorn innovativ sahələrdə əməkdaşlığı, Assosiasiya ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ), həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) arasında əlaqələrin qurulması perspektivlərini müzakirə ediblər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Söhbət zamanı Rusiya-ASEAN strateji tərəfdaşlığının təşviqi naminə Assosiasiyanın Katibliyi ilə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Yüksək texnologiya və innovativ sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirilib", - məlumatda deyilir.
Nazirlik qeyd edib ki, görüş zamanı həmçinin ASEAN-ın Aİİ və ŞƏT ilə əlaqələrinin qurulması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 12.07.2023
RUSİYA
Lavrov ASEAN tədbirlərindən kənarda xarici işlər nazirləri ilə görüşəcək – Rusiya XİN
Xəbər lenti
0