https://sputnik.az/20230712/lavrov-asean-tedbirlerinden-kenarda-xarici-isler-nazirleri-ile-gorusecek--rusiya-xn-456719420.html
Lavrov ASEAN tədbirlərindən kənarda xarici işlər nazirləri ilə görüşəcək – Rusiya XİN
Lavrov ASEAN tədbirlərindən kənarda xarici işlər nazirləri ilə görüşəcək – Rusiya XİN
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri İndoneziyada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) himayəsi altında nazirlərin görüşlərində iştirak edəcək. 12.07.2023, Sputnik Azərbaycan
2023-07-12T11:47+0400
2023-07-12T11:47+0400
2023-07-12T11:47+0400
sergey lavrov
rusiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya xin
çin
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455655280_0:0:3070:1728_1920x0_80_0_0_ecc1829e12c8f5e9f571e64041b29b0a.jpg
BAKI, 12 iyul — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 12-də Cakartada İndoneziya və Laosun xarici işlər nazirləri ilə görüşəcək. Bunu Rusiya diplomatik idarəsinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Lavrov çərşənbə günü İndoneziyaya səfərinə başlayıb. Burada O, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) himayəsi altında nazirlərin görüşlərində iştirak edəcək. "Bu gün əsasən ikitərəfli görüşlərə və çoxtərəfli formatda görüşlərə həsr olunacaq, lakin bunlar, hələ ki, ASEAN tədbirlərindən kənarda olacaq. Hər şey bir neçə saatdan sonra Rusiya-İndoneziya-Çin görüşü ilə başlayacaq... Bundan sonra Sergey Viktoroviç Lavrovun tədbirlərə ev sahibliyi edən ölkənin - İndoneziyanın xarici işlər naziri (Retno Marsudi), Laosun xarici işlər naziri (Salemsay Kommasit) və ASEAN-ın baş katibi (Kao Kimxorn) ilə ikitərəfli görüşləri olacaq", - deyə o, "Sputnik" radiosunun efirində bildirib. "Cümə axşamı Rusiya-ASEAN görüşü, eləcə də çinli həmkarlarla görüş keçiriləcək. Van İ Çinin xarici işlər naziri postunu tərk etsə də, logistika ilə əlaqədar olaraq, Çin tərəfi məhz onu Cakartaya göndərməyə qərar verib", - deyə Zaxarova qeyd edib. Rusiya diplomatik idarəsinin rəsmi nümayəndəsi əlavə edib ki, nazir, həmçinin Şri-Lanka və Bruneyin xarici işlər nazirləri ilə də görüşəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455655280_341:0:3070:2047_1920x0_80_0_0_aaaddba1bc71c67855bdb92231be5d9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey lavrov, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, rusiya xin, çin
sergey lavrov, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, rusiya xin, çin
Lavrov ASEAN tədbirlərindən kənarda xarici işlər nazirləri ilə görüşəcək – Rusiya XİN
Rusiyanın xarici işlər naziri İndoneziyada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) himayəsi altında nazirlərin görüşlərində iştirak edəcək.
BAKI, 12 iyul — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 12-də Cakartada İndoneziya və Laosun xarici işlər nazirləri ilə görüşəcək.
Bunu Rusiya diplomatik idarəsinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Lavrov çərşənbə günü İndoneziyaya səfərinə başlayıb. Burada O, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) himayəsi altında nazirlərin görüşlərində iştirak edəcək.
"Bu gün əsasən ikitərəfli görüşlərə və çoxtərəfli formatda görüşlərə həsr olunacaq, lakin bunlar, hələ ki, ASEAN tədbirlərindən kənarda olacaq. Hər şey bir neçə saatdan sonra Rusiya-İndoneziya-Çin görüşü ilə başlayacaq... Bundan sonra Sergey Viktoroviç Lavrovun tədbirlərə ev sahibliyi edən ölkənin - İndoneziyanın xarici işlər naziri (Retno Marsudi), Laosun xarici işlər naziri (Salemsay Kommasit) və ASEAN-ın baş katibi (Kao Kimxorn) ilə ikitərəfli görüşləri olacaq", - deyə o, "Sputnik" radiosunun efirində bildirib.
"Cümə axşamı Rusiya-ASEAN görüşü, eləcə də çinli həmkarlarla görüş keçiriləcək. Van İ Çinin xarici işlər naziri postunu tərk etsə də, logistika ilə əlaqədar olaraq, Çin tərəfi məhz onu Cakartaya göndərməyə qərar verib", - deyə Zaxarova qeyd edib.
Rusiya diplomatik idarəsinin rəsmi nümayəndəsi əlavə edib ki, nazir, həmçinin Şri-Lanka və Bruneyin xarici işlər nazirləri ilə də görüşəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.