https://sputnik.az/20230712/qara-qarayev-abidesinin-muellifi-olan--azerbaycanin-xalq-ressami-vefat-edib-456729444.html
Qara Qarayev abidəsinin müəllifi olan Azərbaycanın xalq rəssamı vəfat edib
Qara Qarayev abidəsinin müəllifi olan Azərbaycanın xalq rəssamı vəfat edib
Sputnik Azərbaycan
Fazil Nəcəfov Heydər Əliyev Fondunun və IDEA-nın dəstəyi ilə 56-cı Venesiya Biennalesində 8 əsəri ilə iştirak etmişdi. 12.07.2023, Sputnik Azərbaycan
2023-07-12T15:11+0400
2023-07-12T15:11+0400
2023-07-12T15:11+0400
rəssam
mədəniyyət
xalq rəssamı
azərbaycanın xalq rəssamı
heydər əliyev fondu
idea ictimai birliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0c/456723091_0:0:1200:676_1920x0_80_0_0_d843072805924f11d25bd9a413505f43.jpg
BAKI, 12 iyul — Sputnik. Azərbaycan Respublikasının xalq rəssamı Fazil Nəcəfov iyulun 11-də, 88 yaşında vəfat edib. Bu barədə Mədəniyyət nazirliyi məlumat yayıb. Fazil İmamverdi oğlu Nəcəfov 16 fevral 1935-ci ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1961-ci ildə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunu bitirib. Fazil Nəcəfov "İçərişəhər qadınları", "Ana", "Korların nəğməsi", "Teatr", "H.B.Vəzirov", "Səhər", "Həyatın mərtəbələri", "Zamanın oyunları", "Fortuna", "Qulyabani", "Qoca", "Qız", "Gənc qadın", "Çılpaq qadın", "Qadın", "Oturmuş qadın", "Qara ay", "Korlar", "Mələk", "Həyatın mərtəbələri", "Zamanın sədası", "Söhbət", "İstirahət edən qoca", "Minillik insan", "İbadət", "Əkizlər", "Fontan" kimi əsərlərin müəllifidir. 2014-cü ildə Fazil Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaradıb. O, 2015-ci ildə Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) dəstəyi ilə 56-cı Venesiya Biennalesində 8 əsəri ilə iştirak edib. Fazil Nəcəfov 7 may 1988-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi", 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. Rəssam 15 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Allah rəhmət eləsin!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0c/456723091_0:0:1068:800_1920x0_80_0_0_e4457a39cce9e126dead68bc37bf96ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəssam, xalq rəssamı, azərbaycanın xalq rəssamı, heydər əliyev fondu, idea ictimai birliyi
rəssam, xalq rəssamı, azərbaycanın xalq rəssamı, heydər əliyev fondu, idea ictimai birliyi
Qara Qarayev abidəsinin müəllifi olan Azərbaycanın xalq rəssamı vəfat edib
Fazil Nəcəfov Heydər Əliyev Fondunun və IDEA-nın dəstəyi ilə 56-cı Venesiya Biennalesində 8 əsəri ilə iştirak etmişdi.
BAKI, 12 iyul — Sputnik. Azərbaycan Respublikasının xalq rəssamı Fazil Nəcəfov iyulun 11-də, 88 yaşında vəfat edib. Bu barədə Mədəniyyət nazirliyi məlumat yayıb.
Fazil İmamverdi oğlu Nəcəfov 16 fevral 1935-ci ildə Bakı şəhərində anadan olub.
1955-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1961-ci ildə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunu bitirib.
Fazil Nəcəfov "İçərişəhər qadınları", "Ana", "Korların nəğməsi", "Teatr", "H.B.Vəzirov", "Səhər", "Həyatın mərtəbələri", "Zamanın oyunları", "Fortuna", "Qulyabani", "Qoca", "Qız", "Gənc qadın", "Çılpaq qadın", "Qadın", "Oturmuş qadın", "Qara ay", "Korlar", "Mələk", "Həyatın mərtəbələri", "Zamanın sədası", "Söhbət", "İstirahət edən qoca", "Minillik insan", "İbadət", "Əkizlər", "Fontan" kimi əsərlərin müəllifidir.
2014-cü ildə Fazil Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaradıb.
O, 2015-ci ildə Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) dəstəyi ilə 56-cı Venesiya Biennalesində 8 əsəri ilə iştirak edib.
Fazil Nəcəfov 7 may 1988-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi", 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. Rəssam 15 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.