https://sputnik.az/20230712/qadin-huququ-ugrunda-mubarize-aparan-sexsin-ad-gunudur-456749001.html
Qadın hüququ uğrunda mübarizə aparan şəxsin ad günüdür
Qadın hüququ uğrunda mübarizə aparan şəxsin ad günüdür
Sputnik Azərbaycan
BMT-nin keçmiş Baş katibi Pan Gi Mun 12 iyul tarixini Məlalə Günü elan edib. 12.07.2023, Sputnik Azərbaycan
2023-07-12T23:48+0400
2023-07-12T23:48+0400
2023-07-13T10:31+0400
dünya xəbərləri
pakistan
pakistan islam respublikası
ad günü
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0d/456750838_0:0:3120:1756_1920x0_80_0_0_c47783a473a51f23fc32f0098e85440d.jpg
BAKI, 12 iyul - Sputnik. Bu gün Pakistanda qız uşaqlarının haqq səsinə çevrilən, onların qəhrəmanı olan, Nobel sülh mükafatın layiq görülən Malala Yousafzainin doğum günüdür. 12 iyul 1997-ci ildə Pakistanda doğulan Malala Yousafzai Svat əyalətində insan haqlarının müdafiəsi, xüsusəndə qadın və uşaqların təhsil alması uğurunda apardığı mübarizəyə görə məşhurlaşıb.Bu gün münasibəti ilə Pakistanın tanınmış gənc lideri, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəkili, “The Society İnternational”ın (Beynəlxalq Cəmiyyət) qurucusu Qayser Navab Malala Yousafzai əlamətdar doğum günü münasibəti ilə təbrik edərək gənc qızın on il öncəki fədakarlığından söz açıb: “Malala on il əvvəl cəmiyyətimizə verdiyi böyük töhfəyə görə ona sonsuz minnətdarıq. Bu gün biz Malalanın qlobal təhsildə, sülh və mədəniyyətdə izini görürük. Malala Yosufzai ilə qürur duyuruq”.Malala Yousafzainin sözlərindən sitat gətirən Qayser Navab fikirlərini belə izah edir: “Malala deyir ki, Bir uşaq, bir müəllim, bir kitab, bir qələm dünyanı dəyişə bilər. O bu sözlərin arxasında dayanan həqiqəti dərk edir, bildirir ki, təhsillə maneələri aşmaq, icmaları, qlobal harmoniyanı gücləndirmək olar”.Qayser Navab Malalanın qlobal sülhlə bağlı fikirkərindən sitat gətirərək bildirib ki, sülh yalnız müharibənin olmaması demək deyil: “Sülh həm də nizamın, qayda-qanunun, hökumətin mövcudluğudur. Malala inklüziv və ədalətli cəmiyyət üçün mübarizə aparıb və hər zaman sülhməramlı çağırışları ilə seçilib”.O həmçinin Malalanın hər zaman haqqında danışdığı mədəni müxtəliflikdən söz açıb: “Biz gəncləri ruhlandırmalı, təhsilə təşviq etməliyik və bu yolda dayanmadan, yorulmadan çalışmalıyıq”.Qeyd edək ki, BMT-nin keçmiş Baş katibi Pan Gi Mun 12 iyul tarixini Məlalə Günü elan edib. Bu gün bütün uşaqlar üçün təhsil ideyasını təcəssüm etdirir. Qeyd edək ki, Məlalə Günü ilk dəfə 2013-cü il 12 iyul tarixində Nyu-Yorkda BMT-nin mənzil-qərargahında qeyd edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0d/456750838_317:0:2920:1952_1920x0_80_0_0_eaf64abd865adfb3a939189b939c8ce1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pakistan, pakistan islam respublikası, ad günü
pakistan, pakistan islam respublikası, ad günü
Qadın hüququ uğrunda mübarizə aparan şəxsin ad günüdür
23:48 12.07.2023 (Yenilənib: 10:31 13.07.2023) BMT-nin keçmiş Baş katibi Pan Gi Mun 12 iyul tarixini Məlalə Günü elan edib.
BAKI, 12 iyul - Sputnik. Bu gün Pakistanda qız uşaqlarının haqq səsinə çevrilən, onların qəhrəmanı olan, Nobel sülh mükafatın layiq görülən Malala Yousafzainin doğum günüdür. 12 iyul 1997-ci ildə Pakistanda doğulan Malala Yousafzai Svat əyalətində insan haqlarının müdafiəsi, xüsusəndə qadın və uşaqların təhsil alması uğurunda apardığı mübarizəyə görə məşhurlaşıb.
Bu gün münasibəti ilə Pakistanın tanınmış gənc lideri, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəkili, “The Society İnternational”ın (Beynəlxalq Cəmiyyət) qurucusu Qayser Navab Malala Yousafzai əlamətdar doğum günü münasibəti ilə təbrik edərək gənc qızın on il öncəki fədakarlığından söz açıb: “Malala on il əvvəl cəmiyyətimizə verdiyi böyük töhfəyə görə ona sonsuz minnətdarıq. Bu gün biz Malalanın qlobal təhsildə, sülh və mədəniyyətdə izini görürük. Malala Yosufzai ilə qürur duyuruq”.
Malala Yousafzainin sözlərindən sitat gətirən Qayser Navab fikirlərini belə izah edir: “Malala deyir ki, Bir uşaq, bir müəllim, bir kitab, bir qələm dünyanı dəyişə bilər. O bu sözlərin arxasında dayanan həqiqəti dərk edir, bildirir ki, təhsillə maneələri aşmaq, icmaları, qlobal harmoniyanı gücləndirmək olar”.
Qayser Navab Malalanın qlobal sülhlə bağlı fikirkərindən sitat gətirərək bildirib ki, sülh yalnız müharibənin olmaması demək deyil: “Sülh həm də nizamın, qayda-qanunun, hökumətin mövcudluğudur. Malala inklüziv və ədalətli cəmiyyət üçün mübarizə aparıb və hər zaman sülhməramlı çağırışları ilə seçilib”.
O həmçinin Malalanın hər zaman haqqında danışdığı mədəni müxtəliflikdən söz açıb: “Biz gəncləri ruhlandırmalı, təhsilə təşviq etməliyik və bu yolda dayanmadan, yorulmadan çalışmalıyıq”.
Qeyd edək ki, BMT-nin keçmiş Baş katibi Pan Gi Mun 12 iyul tarixini Məlalə Günü elan edib. Bu gün bütün uşaqlar üçün təhsil ideyasını təcəssüm etdirir. Qeyd edək ki, Məlalə Günü ilk dəfə 2013-cü il 12 iyul tarixində Nyu-Yorkda BMT-nin mənzil-qərargahında qeyd edilib.