DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO-nun genişlənməsi qlobal təhlükəsizlik dinamikasını daha pis şəkildə dəyişir

© Sputnik / Алексей Витвицкий / Mediabanka keçidNATO emblemi
NATO emblemi - Sputnik Azərbaycan, 1920, 12.07.2023
Abunə olmaq
Rusiya-Ukrayna münaqişəsi, "NATO-nun Rusiyanın strateji məkanını azaltmaq üzrə davam edən səylərinin" nəticəsidir.
BAKI, 12 iyul — Sputnik. NATO-nun genişlənməsi Avropanın geosiyasi mənzərəsini kökündən dəyişir ki, bu da qlobal təhlükəsizlik vəziyyətinə mənfi təsir göstərəcək.
Çin nəşri olan "China Daily"-də çərşənbə günü bu barədə yazılıb.
Məqalə müəllifi qeyd edib ki, NATO "soyuq müharibənin mirası" olmaqla, tez-tez bütün dünyada regional gərginlik və münaqişələrə səbəb olur. O, Rusiyaya şərqə doğru genişlənməmək barədə verdiyi vədi pozaraq alyansa yeni üzvlərin qəbulu üçün danışıqları davam etdirir.
Məqalədə qeyd olunub ki, Rusiya-Ukrayna münaqişəsi, "NATO-nun Rusiyanın strateji məkanını azaltmaq üzrə davam edən səylərinin" nəticəsidir.
Məqalədə deyilir: "Finlandiyanın NATO-ya daxil olması Avropanın siyasi və geosiyasi mənzərəsini əsaslı şəkildə dəyişib və qlobal təhlükəsizlik vəziyyətinə yan təsir göstərəcək".
Finlandiya və İsveç 2022-ci ilin mayında Ukraynada baş verən hadisələr fonunda alyansa qoşulmaq üçün müraciət ediblər. Finlandiya aprelin 4-də NATO-nun 31-ci üzvü oldu. İsveçin müraciəti bu günəcən Macarıstan və Türkiyə tərəfindən təsdiqlənməyib.
Müəllifin sözlərinə görə, Finlandiyanın NATO-ya daxil olması və İsveçin yaxınlaşan üzvlüyü, bəzi ölkələr üçün hərbi bitərəfliyin sonu, Baltik regionunda "soyuq sülhün" sonu deməkdir.
"Bu, eyni zamanda Aİ ilə Rusiya arasında qarşıdurmanın güclənməsi deməkdir ki, bu da qitənin daha da parçalanmasına səbəb olacaq", - mətndə belə deyilir.
Müəllifin fikrincə, Finlandiyanın qəbulu və gələcəkdə İsveçin NATO-ya daxil olması həm də alyansın şərqə doğru, Asiya-Sakit okean regionuna genişlənməsinə təkan verəcək.
"Bu, nə Avropa, nə Avrasiya, nə də Asiya-Sakit Okean regionu üçün yaxşı heç nə vəd etmir, regionda qarşıdurma və münaqişələrin artmasına səbəb ola bilər", - deyə müəllif sözünü yekunlaşdırıb.
İyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçirilir. Bu sammitdə alyansın bütün ölkələrinin liderləri, o cümlədən ABŞ Prezidenti Co Bayden iştirak edir. Bundan əvvəl ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan alyansın Vilnüsdə keçiriləcək sammitində Ukraynanın NATO-ya üzv olmayacağını bildirmişdi. NATO-nun baş katibi Yens Stoltenberq iyunun 19-da bildirib ki, sammitdə və ona hazırlıq zamanı müttəfiqlər Ukraynaya rəsmi dəvət məsələsini müzakirə etmirlər, Kiyevi alyansa qoşulmağa daha da yaxınlaşdıracaq qərarlarla bağlı məsləhətləşmələr aparırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0