https://sputnik.az/20230712/movlud-cavusogluna-yeni-vezife-verildi-456717637.html
Mövlud Çavuşoğluna yeni vəzifə verildi
Mövlud Çavuşoğluna yeni vəzifə verildi
Sputnik Azərbaycan
Hazırda Böyük Millət Məclisinin deputatı olan Mövlud Çavuşoğlu Türkiyənin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri təyin olunub. 12.07.2023, Sputnik Azərbaycan
2023-07-12T11:31+0400
2023-07-12T11:31+0400
2023-07-12T11:31+0400
mövlud çavuşoğlu
dünya xəbərləri
nato
tbmm
ədalət və inkişaf partiyası
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/10/449685253_0:160:3072:1888_1920x0_80_0_0_1a7f49daa621ceecb6706ef8d10cd3d4.jpg
BAKI, 12 iyul — Sputnik. Türkiyənin keçmiş xarici işlər naziri, hazırda Böyük Millət Məclisinin deputatı olan Mövlud Çavuşoğluna yeni vəzifə verilib. O, Türkiyənin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri təyin olunub. Xatırladaq ki, M.Çavuşoğlu 2014-2023-cü illərdə Türkiyənin xarici işlər naziri vəzifəsini tutub. Mövlud Çavuşoğlu 5 feral 1968-ci ildə Türkiyənin Antalya əyalətinin Alanya şəhərində dünyaya gəlib. 1988-ci ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr dərəcəsindən məzun olub. 1991-ci ildə ABŞ-nin Nyu-York ştatındakı Long-Aylend Universitetində İqtisadiyyat sahəsi üzrə magistratura təhsilini başa vurub. 1993-cü ildə isə Ankara Universiteti nəzdindəki Avropa İttifaqı Elmi-tədqiqat Mərkəzində "Avropa Birliyi üzrə Ekspert Proqramı"nı tamamlayıb. Həmin il Ankarada yerləşən Bilkənd Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində doktorantura proqramına başlayıb. Jean Monnet təqaüd proqramı çərçivəsində 1993–1995 illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində doktorantura təhsilini davam etdirib. Mövlud Çavuşoğlu Ədalət və İnkişaf Partiyasının qurucu üzvüdür. 22, 23 və 24-cü Çağırış Türkiyə Böyük Millət Məclisinə Antalyadan deputat seçilib. 2013-cü ilin yanvar-dekabr tarixlərində Ədalət və İnkişaf Partiyası Sədrinin Xarici işlərdən məsul katibi vəzifəsini icra edib. 2013-cü ildə TBMM Türkiyə-ABŞ və Türkiyə-Yaponiya parlamentlərarası dostluq qrupunun rəhbəri olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/10/449685253_171:0:2902:2048_1920x0_80_0_0_fbddb31badbe3a6c87397f630425c5b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mövlud çavuşoğlu, nato, tbmm, ədalət və inkişaf partiyası
mövlud çavuşoğlu, nato, tbmm, ədalət və inkişaf partiyası
Mövlud Çavuşoğluna yeni vəzifə verildi
Hazırda Böyük Millət Məclisinin deputatı olan Mövlud Çavuşoğlu Türkiyənin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri təyin olunub.
BAKI, 12 iyul — Sputnik. Türkiyənin keçmiş xarici işlər naziri, hazırda Böyük Millət Məclisinin deputatı olan Mövlud Çavuşoğluna yeni vəzifə verilib.
O, Türkiyənin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri təyin olunub.
Xatırladaq ki, M.Çavuşoğlu 2014-2023-cü illərdə Türkiyənin xarici işlər naziri vəzifəsini tutub.
Mövlud Çavuşoğlu 5 feral 1968-ci ildə Türkiyənin Antalya əyalətinin Alanya şəhərində dünyaya gəlib. 1988-ci ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr dərəcəsindən məzun olub.
1991-ci ildə ABŞ-nin Nyu-York ştatındakı Long-Aylend Universitetində İqtisadiyyat sahəsi üzrə magistratura təhsilini başa vurub. 1993-cü ildə isə Ankara Universiteti nəzdindəki Avropa İttifaqı Elmi-tədqiqat Mərkəzində "Avropa Birliyi üzrə Ekspert Proqramı"nı tamamlayıb. Həmin il Ankarada yerləşən Bilkənd Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində doktorantura proqramına başlayıb. Jean Monnet təqaüd proqramı çərçivəsində 1993–1995 illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində doktorantura təhsilini davam etdirib.
Mövlud Çavuşoğlu Ədalət və İnkişaf Partiyasının qurucu üzvüdür. 22, 23 və 24-cü Çağırış Türkiyə Böyük Millət Məclisinə Antalyadan deputat seçilib.
2013-cü ilin yanvar-dekabr tarixlərində Ədalət və İnkişaf Partiyası Sədrinin Xarici işlərdən məsul katibi vəzifəsini icra edib. 2013-cü ildə TBMM Türkiyə-ABŞ və Türkiyə-Yaponiya parlamentlərarası dostluq qrupunun rəhbəri olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.