DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Madonna dünya turnesinə Avropadan başlayacaq

© AFP 2023 / Ben STANSALLMadonna, arxiv
Madonna, arxiv - Sputnik Azərbaycan, 1920, 12.07.2023
Abunə olmaq
Müğənni konsertlərinə bilet alan bütün pərəstişkarlarına dəstəyə görə təşəkkür edib.
BAKI, 12 iyul - Sputnik. Dünyaca məşhur amerikalı müğənni Madonna dünya turnesinin ABŞ mərhələsini başqa vaxta keçirərək, qastrollara payız konsertləri ilə Avropadan başlamağı planlaşdırır.
Xeyli müddət bakterial infeksiya üzündən xəstə olduğunu vurğulayan Madonna, xəstəliyinin işlərini xeyli gecikdirdiyini, lakin indi sağaldığını bildirib.
Müğənni konsertlərinə bilet alanları məyus etmək istəmədiyini qeyd edərək, dəstəyə görə bütün pərəstişkarlarına təşəkkür edib.

“Hazırkı planda turnenin Şimali Amerika mərhələsinin vaxtını dəyişərək, konsert səfərlərinə Avropadan başlamaq durur. Dünya turnesi çərçivəsində ilk Avropa konsertimizin oktyabrın 14-də Londonda keçirilməsi planlaşdırılır”, - deyə Madonna jurnalistlərə açıqlamasında bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0