SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan: Rusiya sülhməramlıları 2025-ci ildə bölgəni tərk edəcək

© SputnikƏrdoğan - Putin görüşü
Ərdoğan - Putin görüşü - Sputnik Azərbaycan, 1920, 12.07.2023
Abunə olmaq
Türkiyə Prezidenti Rusiyanın bu razılaşmaya sadiq qalacağına inandığını vurğulayıb.
BAKI, 12 iyul - Sputnik. 2025-ci ilə qədər Rusiya təyin olunmuş yerlərdə qalacaq, həmin ildə isə bu yerləri tərk edəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistin Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sualını cavablandırarkən deyib.
Türkiyə Prezidenti Rusiyanın bu razılaşmaya sadiq qalacağına inandığını vurğulayıb.
"Qardaşım Əliyev (Azərbaycan Prezidenti İlham Əliyev-red) zatən bunu diqqətlə izləyir", - Ərdoğan əlavə edib.
Üçtərəfli bəyanatda Rusiya sülhməramlıları kontingentinin mandatı necə müəyyən edilib?
Rusiya sülhməramlıları kontingentinin mandatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla müəyyənləşib.
Bəyanatın göstərilib ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır.
Bəyanatda həmçinin qeyd olunub ki, Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.
Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0