CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İctimai iaşə obyektlərində ulduz sistemi tətbiq ediləcək

© AP Photo / Esteban FelixRestoran
Restoran - Sputnik Azərbaycan, 1920, 12.07.2023
Abunə olmaq
Bu proses Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən sahibkarların könüllü müraciətinə əsasən həyata keçiriləcək.
BAKI, 12 iyul — Sputnik. İctimai iaşə obyektlərinin otellərdə olduğu kimi 5 ulduz sistemi üzrə təsnifatlaşdırılması aparılacaq.
Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli "Qida təhlükəsizliyi haqqında" Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında məlumat verib.
Q.Təhməzli bildirib ki, bu proses Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən sahibkarların könüllü müraciətinə əsasən həyata keçiriləcək.
AQTA sədri bununla bağlı beynəlxalq təcrübəyə uyğun təlimatın da hazırlanaraq təsdiq edildiyini nəzərə çatdırıb.(Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0