https://sputnik.az/20230712/aak-mesuliyyete-celb-edilen-sexs-sumqayit-dovlet-universitetinin-professorudur--456740195.html
AAK: Məsuliyyətə cəlb edilən şəxs Sumqayıt Dövlət Universitetinin professorudur
AAK: Məsuliyyətə cəlb edilən şəxs Sumqayıt Dövlət Universitetinin professorudur
Sputnik Azərbaycan
Ali Attestasiya Komissiyası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məlumatında adı çəkilən iqtisad elmləri doktoru, professor Şəfa... 12.07.2023, Sputnik Azərbaycan
2023-07-12T18:17+0400
2023-07-12T18:17+0400
2023-07-12T18:17+0400
ali attestasiya komissiyası
cəmiyyət
sumqayıt
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426821176_0:196:3292:2048_1920x0_80_0_0_642ebdecc3a07237f2b45b59d77538ef.jpg
BAKI, 12 iyul — Sputnik. Azərbaycan Prezidenti Yanında Ali Attestasiya Komissiyası məsuliyyətə cəlb edilən mütəxəssis-ekspert Şəfa Əliyev barədə açıqlama yayıb. Komissiyadan bildirilib ki, qurumun nəzdində 25 elm sahəsi üzrə 15 ekspert şurası fəaliyyət göstərir. Qeyd olunub ki, ekspert şuralarının fəaliyyəti müstəqildir və onların tərkibinə Komissiyanın əməkdaşları olmayan müxtəlif müəssisələrdən cəlb olunmuş ekspertlər daxil edilir: "Hazırda ekspert şuralarının fəaliyyətinə elmi müəssisə və təşkilatlardan, ali təhsil müəssisələrindən müvafiq elm sahələri üzrə 300-dən çox yüksəkixtisaslı mütəxəssis-ekspert cəlb edilib. Ekspert şuralarının fəaliyyətinin səmərəliliyini artırmaq, o cümlədən çatışmazlıqların, neqativ halların qarşısını almaq məqsədilə onların tərkibi mütəmadi olaraq yenilənir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məlumatında adı çəkilən iqtisad elmləri doktoru, professor Şəfa Əliyev Komissiyanın əməkdaşı deyil, Sumqayıt Dövlət Universitetinin professoru vəzifəsində çalışır və Komissiyanın Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə İqtisad elmləri üzrə ekspert şurasının üzvü və elmi katibi təyin edilib. Komissiya onun nüfuzuna xələl gətirə biləcək bu kimi neqativ halların müəyyən edilməsində maraqlıdır və konkret bu işin obyektiv araşdırılmasında müvafiq qurumlara lazımi dəstək göstərəcək".
https://sputnik.az/20230712/adamlara-pul-muqabilinde-elmi-derece-veren-vezifeli-sexs-cinayet-mesuliyyetine-celb-olundu-456722555.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426821176_0:0:2732:2048_1920x0_80_0_0_a5b7dafc0d365341bf2b7a182b4dc9b1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ali attestasiya komissiyası, sumqayıt
ali attestasiya komissiyası, sumqayıt
AAK: Məsuliyyətə cəlb edilən şəxs Sumqayıt Dövlət Universitetinin professorudur
Ali Attestasiya Komissiyası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məlumatında adı çəkilən iqtisad elmləri doktoru, professor Şəfa Əliyevin Komissiyanın əməkdaşı olmadığını açıqlayıb.
BAKI, 12 iyul — Sputnik. Azərbaycan Prezidenti Yanında Ali Attestasiya Komissiyası məsuliyyətə cəlb edilən mütəxəssis-ekspert Şəfa Əliyev barədə açıqlama yayıb.
Komissiyadan bildirilib ki, qurumun nəzdində 25 elm sahəsi üzrə 15 ekspert şurası fəaliyyət göstərir.
Qeyd olunub ki, ekspert şuralarının fəaliyyəti müstəqildir və onların tərkibinə Komissiyanın əməkdaşları olmayan müxtəlif müəssisələrdən cəlb olunmuş ekspertlər daxil edilir: "Hazırda ekspert şuralarının fəaliyyətinə elmi müəssisə və təşkilatlardan, ali təhsil müəssisələrindən müvafiq elm sahələri üzrə 300-dən çox yüksəkixtisaslı mütəxəssis-ekspert cəlb edilib. Ekspert şuralarının fəaliyyətinin səmərəliliyini artırmaq, o cümlədən çatışmazlıqların, neqativ halların qarşısını almaq məqsədilə onların tərkibi mütəmadi olaraq yenilənir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məlumatında adı çəkilən iqtisad elmləri doktoru, professor Şəfa Əliyev Komissiyanın əməkdaşı deyil, Sumqayıt Dövlət Universitetinin professoru vəzifəsində çalışır və Komissiyanın Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə İqtisad elmləri üzrə ekspert şurasının üzvü və elmi katibi təyin edilib.
Komissiya onun nüfuzuna xələl gətirə biləcək bu kimi neqativ halların müəyyən edilməsində maraqlıdır və konkret bu işin obyektiv araşdırılmasında müvafiq qurumlara lazımi dəstək göstərəcək".