DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynadakı münaqişə ABŞ-ın Avropadakı mövqeyini gücləndirdi - KİV

© AFP 2024 / SANDY HUFFAKERABŞ bayrağı
ABŞ bayrağı - Sputnik Azərbaycan, 1920, 11.07.2023
Abunə olmaq
Nəşr "Foreign Affairs" analitik materialına istinadən vurğulayır ki, Pentaqonun büdcəsinin 6%-dən az hissəsi NATO və Avropada təhlükəsizliyin möhkəmləndirilməsinin payına düşür.
BAKI, 11 iyul — Sputnik. Ukrayna münaqişəsi fonunda ABŞ-ın hərbi texnikasına artan tələbat Avropa ölkələrinin ABŞ-dan asılılığını daha da gücləndirir. Bunu "New York Times" nəşri yazır.
Nəşrin məlumatına görə, 2022-ci ilin fevralına qədər amerikalı istehsalçılar Avropanın hərbi xərclərinin təxminən yarısını təmin edirdi.

"Artan tələb bu tendensiyanı daha da gücləndirdi. Avropa bahalı çoxillik müqavilələr bağlayır. Ola bilsin ki, Avropa yenidən hərbiləşir, lakin ABŞ bundan bəhrələnir", - məqalədə deyilir.

Nəşr "Foreign Affairs"in analitik materialına istinadən vurğulayır ki, Pentaqonun büdcəsinin 6%-dən az hissəsi NATO və Avropada təhlükəsizliyin möhkəmləndirilməsinin payına düşür.
Məqalə müəlliflərinin fikrincə, "cüzi bir məbləğə" alyans ABŞ-ın Avropa ölkələrində təsirini təmin edir, Avropanı ABŞ-ın hərbi gücündən asılı vəziyyətə salmaqla yanaşı, qərarların qəbulunda onu qismən suverenlikdən məhrum edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0