DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO ölkələri müdafiə xərclərini artırmağa razılaşacaqlar - Ağ Ev

© Photo : Anna Moneymaker / Getty Images / AFP Ağ Ev
Ağ Ev - Sputnik Azərbaycan, 1920, 11.07.2023
Abunə olmaq
ABŞ prezidentinin müşaviri onu da qeyd edib ki, NATO ölkələri kritik silah növlərinin istehsalını artırmaqla öz müdafiə potensialını artıracaqlar.
BAKI, 11 iyul — Sputnik. Vilnüsdə keçiriləcək sammitdə NATO-ya üzv ölkələr müdafiə xərclərini artırmağa və ÜDM-in minimum 2%-i həcmində müəyyən etməyə razılaşacaqlar. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

"Müttəfiqlər müdafiə xərclərini artırmağa və yeni müdafiə investisiya öhdəlikləri götürməyə razılaşacaqlar. Biz razılaşacağıq ki, müdafiə xərcləri minimum 2% olmalıdır, bu son hədd deyil. Biz bütün NATO üçün bunun əhəmiyyəti barədə razılaşacağıq", - Sallivan deyib.

O vurğulayıb ki, alyansın getdikcə çox sayda ölkəsi müdafiə xərclərini NATO-nun tələb etdiyi ÜDM-in 2%-i səviyyəsinə çatdırır.
ABŞ prezidentinin müşaviri onu da qeyd edib ki, NATO ölkələri kritik silah növlərinin istehsalını artırmaqla öz müdafiə potensialını artıracaqlar.
NATO ölkələri 2014-cü ilin sentyabrında Uelsdə keçirilən sammitdə bütün üzv ölkələr üçün müdafiə xərclərini ÜDM-in 2%-ni hədəfləmək qərarına gəliblər.
Mart ayında Alyansın baş katibi Yens Stoltenberq NATO-nun fəaliyyəti ilə bağlı illik hesabatını təqdim edərkən bildirmişdi ki, NATO-ya üzv olan 30 ölkədən yalnız 7-si müdafiə xərclərini ÜDM-in 2%-nə çatdırmaq tapşırığını yerinə yetirib.
Hesabatda verilən məlumatlara görə, 2022-ci ildə müdafiə xərclərinin bu səviyyədən yuxarı həddini Yunanıstan (3,54%), ABŞ (3,46%), Litva (2,47%), Polşa (2,42%), Böyük Britaniya (2,16%), Estoniya (2,12%), Latviya (2,07%) nümayiş etdirib. Almaniyanın göstəricisi isə 1,49% olub. Son yerləri ənənəvi olaraq İspaniya (1,09%) və Lüksemburq (0,62%) tutur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0