https://sputnik.az/20230711/kv-tbmm-svecin-nato-ya-uzvluk-erizesini-payiz-sessiyasinda-tesdiqleyecek-456680651.html
KİV: TBMM İsveçin NATO-ya üzvlük ərizəsini payız sessiyasında təsdiqləyəcək
KİV: TBMM İsveçin NATO-ya üzvlük ərizəsini payız sessiyasında təsdiqləyəcək
Sputnik Azərbaycan
Stoltenberq İsveçin NATO-ya üzvlüyü məsələsində Ərdoğanla razılığa gəlindiyini açıqlayıb 11.07.2023, Sputnik Azərbaycan
2023-07-11T07:43+0400
2023-07-11T07:43+0400
2023-07-11T07:43+0400
dünya xəbərləri
türkiyə
türkiyə böyük millət məclisi
nato
isveç
yens stoltenberq
protokol
https://cdnn1.img.sputnik.az/img/41297/94/412979420_0:364:3500:2333_1920x0_80_0_0_b459519568e486e6851c7a429f350a3c.jpg
BAKI, 11 iyul - Sputnik. İsveçin NATO-ya üzvlük protokolu tezliklə Türkiyə Böyük Millət Məclisinə təqdim olunacaq.“Report” xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb.“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Ulf Kristersson ilə ev sahibliyi etdiyim görüşdən sonra Prezident Ərdoğanın İsveçin üzvlük protokolunun tezliklə Böyük Millət Məclisinə təqdim olunması və ratifikasiyasını təmin etmək barədə razılıq verdiyini bildirməkdən şadam. Bu bütün NATO müttəfiqlərini daha güclü və təhlükəsiz edən tarixi addımdır”, - o qeyd edib.İsveçin NATO-ya qəbulu ilə bağlı protokol yaxın vaxtlarda Türkiyə parlamentinə təqdim olunacaq, lakin ölkənin qanunvericilik məclisi bu həftə yay tətilinə getdiyi üçün sənəd, çox güman ki, payız sessiyasında təsdiqlənəcək.Bu barədə “CNN Türk” telekanalı NATO-nun Baş katibi Yens Stoltenberqin Vilnüsdə Türkiyənin İsveçi mümkün qədər tez bir zamanda alyansa qəbul etməyə razılaşdığını söyləməsindən sonra bildirib.Türkiyə parlamentinin payız sessiyası oktyabrın 1-də başlayır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41297/94/412979420_389:0:3500:2333_1920x0_80_0_0_e3ef8bce20f96836e6c4a8c665122a3c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, türkiyə böyük millət məclisi, nato, isveç, yens stoltenberq, protokol
türkiyə, türkiyə böyük millət məclisi, nato, isveç, yens stoltenberq, protokol
KİV: TBMM İsveçin NATO-ya üzvlük ərizəsini payız sessiyasında təsdiqləyəcək
Stoltenberq İsveçin NATO-ya üzvlüyü məsələsində Ərdoğanla razılığa gəlindiyini açıqlayıb
BAKI, 11 iyul - Sputnik. İsveçin NATO-ya üzvlük protokolu tezliklə Türkiyə Böyük Millət Məclisinə təqdim olunacaq.
“Report” xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Ulf Kristersson ilə ev sahibliyi etdiyim görüşdən sonra Prezident Ərdoğanın İsveçin üzvlük protokolunun tezliklə Böyük Millət Məclisinə təqdim olunması və ratifikasiyasını təmin etmək barədə razılıq verdiyini bildirməkdən şadam. Bu bütün NATO müttəfiqlərini daha güclü və təhlükəsiz edən tarixi addımdır”, - o qeyd edib.
İsveçin NATO-ya qəbulu ilə bağlı protokol yaxın vaxtlarda Türkiyə parlamentinə təqdim olunacaq, lakin ölkənin qanunvericilik məclisi bu həftə yay tətilinə getdiyi üçün sənəd, çox güman ki, payız sessiyasında təsdiqlənəcək.
Bu barədə “CNN Türk” telekanalı NATO-nun Baş katibi Yens Stoltenberqin Vilnüsdə Türkiyənin İsveçi mümkün qədər tez bir zamanda alyansa qəbul etməyə razılaşdığını söyləməsindən sonra bildirib.
Türkiyə parlamentinin payız sessiyası oktyabrın 1-də başlayır.