Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

“Heydər Əliyevin həyatının 100 anı” kitabı İstanbul, Paris və Cenevrədə təqdim olunacaq

© Official website of President of Azerbaijan RepublicHeydər Əliyev, arxiv
Heydər Əliyev, arxiv - Sputnik Azərbaycan, 1920, 11.07.2023
Abunə olmaq
Əsərin müəllifi nəşrin xarici ölkələrdə təqdim olunmasının mühüm ictimai-siyasi əhəmiyyət daşıdığını diqqətə çatdıraraq deyib ki, Ulu Öndər barədə yazılan hər bir söz Azərbaycanı, Azərbaycan barədə deyilən hər bir söz isə Heydər Əliyevi tərənnüm edir.
BAKI, 11 iyul - Sputnik. “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabı (100 moments of Heydar Aliyevs life) iyulun 12-də İstanbulda, sonra isə Paris və Cenevrə şəhərlərində geniş ictimaiyyətə təqdim olunacaq. Azərtac-ın xəbərinə görə, hər üç təqdimatda dünyanın tanınmış ictimai-siyasi xadimləri, rəsmi şəxslər, dövlət adamları, elmi ictimaiyyətin təmsilçiləri, KİV nümayəndələri iştirak və çıxış edəcəklər.
Qeyd edək ki, ümumilikdə 553 səhifədən ibarət olan “Heydər Əliyevin həyatının 100 anı” kitabı Azərbaycanın xilaskar oğlunu Ümummilli Lider zirvəsinə ucaldan real işlərini, gərgin əməyini, yüksək insani keyfiyyətlərini, Vətəninə və xalqına bağlılığını özündə ehtiva edir.
Azərbaycan və ingilis dillərində hazırlanaraq nadir üslubda nəfis tərtib olunan rəngli nəşrin əvvəlində Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident Sərəncamının mətni iki dildə yerləşdirilib.
Mündəricat, ön söz, giriş və ədəbiyyat bölmələrindən ibarət nəşrdəki məqalələr və nadir fotolar Ümummilli Lider Heydər Əliyevin xalq, Vətən, ölkə və dövlət qarşısındakı misilsiz xidmətlərini tərənnüm edir. Nəşrdəki materiallar Ulu Öndərin bəşəri prinsipləri barədə oxucuda real fikir formalaşdırır.
Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü, “Heydər Əliyevin həyatının 100 anı” kitabının Redaksiya Heyətinin sədri, müəllif Emil Nəsirli nəşrin xarici ölkələrdə təqdim olunmasının mühüm ictimai-siyasi əhəmiyyət daşıdığını diqqətə çatdıraraq deyib ki, Ulu Öndər Heydər Əliyev təxminən yarım əsrlik siyasi hakimiyyətini Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinin qorunmasına, Vətənin bütövlüyünə həsr edib. Odur ki, Ulu Öndər barədə yazılan hər bir söz Azərbaycanı, Azərbaycan barədə deyilən hər bir söz isə Heydər Əliyevi tərənnüm edir.
Kitabda Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çoxşaxəli inkişaf istiqamətləri barədə müfəssəl məlumat verilir.
Xatırladaq ki, “Heydər Əliyevin həyatının 100 anı” kitabının ilk təqdimatı mayın 5-də Bakıda, Atatürk Mərkəzində keçirilib. Nəşr Azərbaycandan kənarda ilk dəfə Türkiyə Qəzetçilər Birliyinin Mətbuat Muzeyində təqdim olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0