https://sputnik.az/20230711/herbi-hissede-telim-metodiki-toplanis-kecirilib-456684283.html
Hərbi hissədə təlim metodiki toplanış keçirilib
Hərbi hissədə təlim metodiki toplanış keçirilib
Sputnik Azərbaycan
Cari ilin növbəti tədris dövrü ərzində icra olunacaq tədbirlərlə bağlı müzakirələr aparılıb, o cümlədən toplanış iştirakçılarına metodiki tövsiyələr... 11.07.2023, Sputnik Azərbaycan
2023-07-11T11:43+0400
2023-07-11T11:43+0400
2023-07-11T11:43+0400
hərbi hissə
hərbi
təlim
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0b/456684121_0:55:1000:618_1920x0_80_0_0_48319334e20c5558b79a7bebd2192625.jpg
BAKI, 11 iyul — Sputnik. 2023-cü il üçün hazırlıq planına uyğun olaraq, N hərbi hissəsində tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplanış keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Toplanışda zabitlərin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri təkmilləşdirilib, həmçinin fiziki hazırlığı qiymətləndirilib. Cari ilin növbəti tədris dövrü ərzində icra olunacaq tədbirlərlə bağlı müzakirələr aparılıb, o cümlədən toplanış iştirakçılarına metodiki tövsiyələr çatdırılıb. Məlumatda qeyd edilib ki, təlim-metodiki toplanışın keçirilməsində əsas məqsəd zabitlərin idarəetmə üzrə bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi və peşəkarlıq səviyyələrinin artırılmasıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0b/456684121_0:0:850:637_1920x0_80_0_0_08640393593718b2e4fe6c1d1ba71ee1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hərbi hissə, təlim
Hərbi hissədə təlim metodiki toplanış keçirilib
Cari ilin növbəti tədris dövrü ərzində icra olunacaq tədbirlərlə bağlı müzakirələr aparılıb, o cümlədən toplanış iştirakçılarına metodiki tövsiyələr çatdırılıb.
BAKI, 11 iyul — Sputnik. 2023-cü il üçün hazırlıq planına uyğun olaraq, N hərbi hissəsində tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplanış keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Toplanışda zabitlərin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri təkmilləşdirilib, həmçinin fiziki hazırlığı qiymətləndirilib. Cari ilin növbəti tədris dövrü ərzində icra olunacaq tədbirlərlə bağlı müzakirələr aparılıb, o cümlədən toplanış iştirakçılarına metodiki tövsiyələr çatdırılıb.
Məlumatda qeyd edilib ki, təlim-metodiki toplanışın keçirilməsində əsas məqsəd zabitlərin idarəetmə üzrə bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi və peşəkarlıq səviyyələrinin artırılmasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.