Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

DSX-nin hərbi qulluqçusu silahdan açılmış atəş nəticəsində həyatını itirib

© Sputnik / Алексей Куденко / Mediabanka keçidSərhədmi, arxiv şəkli
Sərhədmi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.07.2023
Abunə olmaq
Baş vermiş hadisə ilə əlaqədar DSX və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
BAKI, 11 iyul - Sputnik. İyulun 11-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, əsgər Əliyev Cahid Müşfiq oğlu xidmətdə olarkən təhkim olunmuş silahdan açılmış atəş nəticəsində həyatını itirib. Bu barədə Xidmətin mətbuat mərkəzindən Azərtac-a məlumat verilib.
Faktla bağlı DSX və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Xatırladaq ki, iyulun 10-da yayılmış xəbərə görə, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Naxçıvan hərbi prokurorluğuna məlumat daxil olub.
Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0