https://sputnik.az/20230711/dovlet-xidmetinin-daha-bir-nece-vezifeli-sexsi-cinayet-mesuliyyetine-celb-edilib-456691776.html
Dövlət Xidmətinin daha bir neçə vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib
Dövlət Xidmətinin daha bir neçə vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib
Sputnik Azərbaycan
Məlumatda qeyd olunub ki, hazırda bu cinayətlərin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq tədbirləri... 11.07.2023, Sputnik Azərbaycan
2023-07-11T22:57+0400
2023-07-11T22:57+0400
2023-07-11T22:57+0400
səfərbərlik
cəmiyyət
baş prokurorluq
xəzər
laçın rayonu
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1d/426567611_0:0:3080:1733_1920x0_80_0_0_a585723a304e0bd14f9682a5c0af3fd8.jpg
BAKI, 11 iyul — Sputnik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsində baş verən qanunsuzluqlarla bağlı həmin Xidmətdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Araşdırmalarla qeyd olunan idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsini icra edən baş zabiti Savalan Rəsulov və həmin şöbənin zabiti Fərid İsmayılovun digər şəxslərlə qabaqcadan əlbir olub ayrı-ayrı çağırışçıların həqiqi hərbi xidmətə yararsız hesab edilmələrinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış ilkin sübutlar əsasında Savalan Rəsulov və Fərid İsmayılova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrat rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Məlumatda qeyd olunub ki, hazırda bu cinayətlərin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, ötən həftə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz, Cəlilabad rayon şöbələrində və Laçın rayon bölməsində əməliyyat tədbiri keçirib. Əməliyyat zamanı şöbə rəisi bir neçə şəxs saxlanılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
laçın rayonu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1d/426567611_349:0:3080:2048_1920x0_80_0_0_185895d6cb355227b79be82831b6b5dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səfərbərlik, baş prokurorluq, xəzər, laçın rayonu
səfərbərlik, baş prokurorluq, xəzər, laçın rayonu
Dövlət Xidmətinin daha bir neçə vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib
Məlumatda qeyd olunub ki, hazırda bu cinayətlərin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
BAKI, 11 iyul — Sputnik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsində baş verən qanunsuzluqlarla bağlı həmin Xidmətdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Araşdırmalarla qeyd olunan idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsini icra edən baş zabiti Savalan Rəsulov və həmin şöbənin zabiti Fərid İsmayılovun digər şəxslərlə qabaqcadan əlbir olub ayrı-ayrı çağırışçıların həqiqi hərbi xidmətə yararsız hesab edilmələrinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Savalan Rəsulov və Fərid İsmayılova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrat rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məlumatda qeyd olunub ki, hazırda bu cinayətlərin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, ötən həftə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz, Cəlilabad rayon şöbələrində və Laçın rayon bölməsində əməliyyat tədbiri keçirib. Əməliyyat zamanı şöbə rəisi bir neçə şəxs saxlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.