https://sputnik.az/20230711/bezi-bolgelerde-taxil-bicini-basa-catib-456704713.html
Bəzi bölgələrdə taxıl biçini başa çatıb
Bəzi bölgələrdə taxıl biçini başa çatıb
Sputnik Azərbaycan
Saatlı və Samux rayonunda taxıl biçini başa çatıb. Taxıl sahələrinin optimal müddətdə biçilməsi üçün 50-dən çox kombayn zəmilərə cəlb olunub. 11.07.2023, Sputnik Azərbaycan
2023-07-11T21:36+0400
2023-07-11T21:36+0400
2023-07-11T21:36+0400
taxıl
iqtisadiyyat
əkin-biçin
məhsul
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332691_0:160:3073:1889_1920x0_80_0_0_bcbfd24835174d4bd9e7017ec842469d.jpg
BAKI, 11 iyul — Sputnik. Saatlı rayonunda cari ilin məhsulu üçün ötən ilin payızında 19801 hektar sahədə taxıl əkilib. Sahələrin 14873 hektarını buğda, 4928 hektarını arpa bitkisi təşkil edib. Saatlı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, arpa sahələrində biçin başa çatıb. Hektar payına 36,2 sentner məhsuldarlıq olmaqla, 17847 ton məhsul yığılıb. Buğda sahələrində də biçin başa çatmaq üzrədir. Bu günə qədər biçilən buğda sahəsindən 63030 ton məhsul yığılıb və hektara 42,4 sentner məhsuldarlıq əldə edilib. Taxıl sahələrinin optimal müddətdə biçilməsi üçün 50-dən çox kombayn zəmilərə cəlb olunub. Qeyd edək ki, ötən illə müqayisədə bu il rayonda taxıl zəmilərinin sahəsi genişləndirilib. Ötən il 18551,5 hektar sahədən hər hektara 40,69 sentner məhsuldarlıq olmaqla, ümumilikdə, 75485,30 ton məhsul tədarük edilib Samux rayonunda biçiləcək 13447,9 hektar taxıl sahəsinin 7438,4 hektarı buğda, 6009,5 hektarı isə arpadır. Taxıl sahələrinin 7801,5 hektarı əhali təsərrüfatlarının, 611,7 hektarı dövlət müəssisələrinin, 5034,7 hektarı isə qeyri-dövlət müəssisələrinin payına düşür. Rayon Statistika İdarəsindən bildirilib ki, iyul ayının 7-dək 11576,8 hektar sahədə taxıl biçilib və bunun da 6133,5 hektarı buğda, 5443,4 hektarı arpa sahələri olub. Həmin sahələrdən 27281 ton buğda və 20721 ton arpa əldə edilib. Taxılın məhsuldarlığı hər hektardan 41,5 sentner, o cümlədən buğdanın məhsuldarlığı 44,5 sentner, arpanın məhsuldarlığı isə 38,1 sentner olub. Taxıl biçini başa çatmaq üzrədir.(AZƏRTAC)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332691_171:0:2902:2048_1920x0_80_0_0_2455d8b6766f2cde6293fd8461e9ce40.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taxıl, əkin-biçin, məhsul
taxıl, əkin-biçin, məhsul
Bəzi bölgələrdə taxıl biçini başa çatıb
Saatlı və Samux rayonunda taxıl biçini başa çatıb. Taxıl sahələrinin optimal müddətdə biçilməsi üçün 50-dən çox kombayn zəmilərə cəlb olunub.
BAKI, 11 iyul — Sputnik. Saatlı rayonunda cari ilin məhsulu üçün ötən ilin payızında 19801 hektar sahədə taxıl əkilib. Sahələrin 14873 hektarını buğda, 4928 hektarını arpa bitkisi təşkil edib.
Saatlı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, arpa sahələrində biçin başa çatıb. Hektar payına 36,2 sentner məhsuldarlıq olmaqla, 17847 ton məhsul yığılıb. Buğda sahələrində də biçin başa çatmaq üzrədir. Bu günə qədər biçilən buğda sahəsindən 63030 ton məhsul yığılıb və hektara 42,4 sentner məhsuldarlıq əldə edilib.
Taxıl sahələrinin optimal müddətdə biçilməsi üçün 50-dən çox kombayn zəmilərə cəlb olunub.
Qeyd edək ki, ötən illə müqayisədə bu il rayonda taxıl zəmilərinin sahəsi genişləndirilib. Ötən il 18551,5 hektar sahədən hər hektara 40,69 sentner məhsuldarlıq olmaqla, ümumilikdə, 75485,30 ton məhsul tədarük edilib
Samux rayonunda biçiləcək 13447,9 hektar taxıl sahəsinin 7438,4 hektarı buğda, 6009,5 hektarı isə arpadır. Taxıl sahələrinin 7801,5 hektarı əhali təsərrüfatlarının, 611,7 hektarı dövlət müəssisələrinin, 5034,7 hektarı isə qeyri-dövlət müəssisələrinin payına düşür.
Rayon Statistika İdarəsindən bildirilib ki, iyul ayının 7-dək 11576,8 hektar sahədə taxıl biçilib və bunun da 6133,5 hektarı buğda, 5443,4 hektarı arpa sahələri olub. Həmin sahələrdən 27281 ton buğda və 20721 ton arpa əldə edilib. Taxılın məhsuldarlığı hər hektardan 41,5 sentner, o cümlədən buğdanın məhsuldarlığı 44,5 sentner, arpanın məhsuldarlığı isə 38,1 sentner olub.
Taxıl biçini başa çatmaq üzrədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.