https://sputnik.az/20230711/azerbaycanda-tikilen-binalarin-ucma-ehtimali-varmi---seysmoloq-reyi-456695632.html
Azərbaycanda tikilən binaların uçma ehtimalı varmı? Seysmoloq rəyi
Azərbaycanda tikilən binaların uçma ehtimalı varmı? Seysmoloq rəyi
Sputnik Azərbaycan
Ekspert bildirir ki, ümumiyyətlə xırda zəlzələlərin baş verməsi daha yaxşıdır, belə olan halda yerdə gərginlik azalır. 11.07.2023, Sputnik Azərbaycan
2023-07-11T16:07+0400
2023-07-11T16:07+0400
2023-07-11T19:31+0400
seysmoloq
cəmiyyət
zəlzələ
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454262757_0:160:3071:1887_1920x0_80_0_0_3878841385acb962270ed96591e9073f.jpg
BAKI, 11 iyul — Sputnik. Azərbaycan ərazisində silkələnmələr çoxdur və dağəmələgəlmə prosesi davam etməkdədir. Zəlzələdən qorxmaq lazım deyil, o, adam öldürmür. Tələfata səbəb olan məsuliyyətsiz insanların tikdikləri binalardır.Bunu Sputnik Azərbaycan-ın Multimedia şöbəsinin qonağı, AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, seysmoloq Ənvər Əliyev deyib."Azərbaycanda tikilən binalar o dərəcədə uça bilməz. Bununla belə, binaların hamısı etibarlı və təhlükəsizdir. Bizim əsas təsəllimiz odur ki, Abşeron ərazisində heç vaxt dağıdıcı zəlzələ olmayıb", - alim deyib.O, Yaponiyanı misal çəkərək bildirib ki, ora dünyanın ən seysmik ölkəsi hesab olunsa da, artıq dağıntılarla üzləşmir:Ekspert qeyd edir ki, ümumiyyətlə xırda zəlzələlərin baş verməsi daha yaxşıdır, belə olan halda yerdə gərginlik azalır. Qeyd edək ki, iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,7, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454262757_171:0:2900:2047_1920x0_80_0_0_3e2f9412d1b3575fdf013d99da9c7a53.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
seysmoloq, zəlzələ
Azərbaycanda tikilən binaların uçma ehtimalı varmı? Seysmoloq rəyi
16:07 11.07.2023 (Yenilənib: 19:31 11.07.2023) Ekspert bildirir ki, ümumiyyətlə xırda zəlzələlərin baş verməsi daha yaxşıdır, belə olan halda yerdə gərginlik azalır.
BAKI, 11 iyul — Sputnik. Azərbaycan ərazisində silkələnmələr çoxdur və dağəmələgəlmə prosesi davam etməkdədir. Zəlzələdən qorxmaq lazım deyil, o, adam öldürmür. Tələfata səbəb olan məsuliyyətsiz insanların tikdikləri binalardır.
Bunu Sputnik Azərbaycan-ın Multimedia şöbəsinin qonağı, AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, seysmoloq Ənvər Əliyev deyib.
"Azərbaycanda tikilən binalar o dərəcədə uça bilməz. Bununla belə, binaların hamısı etibarlı və təhlükəsizdir. Bizim əsas təsəllimiz odur ki, Abşeron ərazisində heç vaxt dağıdıcı zəlzələ olmayıb", - alim deyib.
O, Yaponiyanı misal çəkərək bildirib ki, ora dünyanın ən seysmik ölkəsi hesab olunsa da, artıq dağıntılarla üzləşmir:
"Sadəcə, belə ərazilərdə bina tikilərkən antropogen və s. amillər nəzərə alınmalıdır. Keyfiyyətsiz armaturdan istifadə etdikdə, işə məsuliyyətsiz yanaşdıqda, risq yarana bilər. Bina tikməzdən öncə yerin xarakteri araşdırılmalıdır. Elmi cəhətdən təsdiqlənən standartlara uyğun iş görsək, heç bir risq olmaz".
Ekspert qeyd edir ki, ümumiyyətlə xırda zəlzələlərin baş verməsi daha yaxşıdır, belə olan halda yerdə gərginlik azalır.
Qeyd edək ki, iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,7, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.