https://sputnik.az/20230711/araz-cayinda-iki-xezerde-ise-bir-nefer-batib-456704453.html
Araz çayında iki, Xəzərdə isə bir nəfər batıb
Araz çayında iki, Xəzərdə isə bir nəfər batıb
Sputnik Azərbaycan
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən bir müddət əvvəl atanın, daha sonra isə övladının meyiti sudan çıxarılıb. Bilgəh qəsəbəsi... 11.07.2023, Sputnik Azərbaycan
2023-07-11T18:36+0400
2023-07-11T18:36+0400
2023-07-11T18:36+0400
boğulma
hadisə
imişli
https://cdnn1.img.sputnik.az/img/42308/45/423084571_0:160:3072:1888_1920x0_80_0_0_ccf09912904ed9d53e489b1b12568f00.jpg
BAKI, 11 iyul — Sputnik. İyulun 11-də günorta saatlarında Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində suda boğulma hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.FHN-nin verdiyi məlumata görə, çayda çimən 1990-cı il təvəllüdlü Əliyev Asif Ələsgər oğlu və onun azyaşlı övladı 2019-cu il təvəllüdlü Əliyev Rəvan Asif oğlu boğulub.Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən bir müddət əvvəl atanın, daha sonra isə oğlunun meyiti tapılıb. Nazirlik tərəfindən həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində hər iki şəxsin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42308/45/423084571_171:0:2902:2048_1920x0_80_0_0_4055182ba25d7989d15fa0ddeccfea29.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
boğulma, imişli
Araz çayında iki, Xəzərdə isə bir nəfər batıb
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən bir müddət əvvəl atanın, daha sonra isə övladının meyiti sudan çıxarılıb. Bilgəh qəsəbəsi yaxınlığında dənizdə batan şəxsin isə axtarşı davam edir.
BAKI, 11 iyul — Sputnik. İyulun 11-də günorta saatlarında Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində suda boğulma hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
FHN-nin verdiyi məlumata görə, çayda çimən 1990-cı il təvəllüdlü Əliyev Asif Ələsgər oğlu və onun azyaşlı övladı 2019-cu il təvəllüdlü Əliyev Rəvan Asif oğlu boğulub.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən bir müddət əvvəl atanın, daha sonra isə oğlunun meyiti tapılıb. Nazirlik tərəfindən həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində hər iki şəxsin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.