https://sputnik.az/20230710/yirmiden-cox-tikinti-sirketi-barede-materiallar-bas-prokurorluga-gonderilib-456656102.html
İyirmidən çox tikinti şirkəti barədə materiallar Baş Prokurorluğa göndərilib
İyirmidən çox tikinti şirkəti barədə materiallar Baş Prokurorluğa göndərilib
Sputnik Azərbaycan
Mövcud qanunvericiliyə əsasən, əhali üçün su, elektrik və qaz sayğaclarının təchiz edilməsi və quraşdırılması təchizatçılar tərəfindən, təchizatçıların vəsaiti... 10.07.2023, Sputnik Azərbaycan
2023-07-10T11:16+0400
2023-07-10T11:16+0400
2023-07-10T11:28+0400
baş prokurorluq
cəmiyyət
tikinti şirkəti
tikinti şirkətləri
iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168657_0:320:3071:2047_1920x0_80_0_0_23c6f3ca37a4bbc5928693867006439a.jpg
BAKI, 10 iyul — Sputnik. Son dövrlərdə çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirən şəxslərin (mənzil-tikinti kooperativləri, məhdud məsuliyyətli cəmiyyətlər və digərləri) mənzillərdə sayğac quraşdırılmasına görə mülkiyyətçilərdən ödəniş tələb etməsi halları barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin sayında artım müşahidə edilir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən xəbərə görə, müraciətlər araşdırılan zaman şikayət və ərizələrdə mənzil-tikinti kooperativləri (MTK) və məhdud məsuliyyətli cəmiyyətlər (MMC) ilə alıcılar arasında bağlanmış müqavilələrdə qanunvericiliyin tələblərinə zidd olaraq mənzillərin su, elektrik və qaz sayğacları ilə təchiz edilməsi və onların quraşdırılmasına dair ödənişlər barədə tələblərin yer alması müəyyən edilib. Mövcud qanunvericiliyə əsasən, əhali üçün su, elektrik və qaz sayğaclarının təchiz edilməsi və quraşdırılması təchizatçılar tərəfindən, təchizatçıların vəsaiti hesabına həyata keçirilməlidir. Eyni zamanda, təchizatçılar və üçüncü şəxslər tərəfindən sayğacın dəyəri tələb edilə bilməz. Qeyd olunan fəaliyyəti həyata keçirən vəzifəli şəxslərin əməllərində dələduzluq, vəzifədən sui-istifadə və istehlakçıları aldatma hallarının əlamətləri olduğundan Dövlət Xidmətinə iyun ayı ərzində 15 MTK və 8 MMC barəsində daxil olmuş 29 vətəndaş müraciəti hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168657_0:0:2729:2047_1920x0_80_0_0_72ca7f992887891cd67898151f57dca8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş prokurorluq, tikinti şirkəti, tikinti şirkətləri, iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
baş prokurorluq, tikinti şirkəti, tikinti şirkətləri, iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
İyirmidən çox tikinti şirkəti barədə materiallar Baş Prokurorluğa göndərilib
11:16 10.07.2023 (Yenilənib: 11:28 10.07.2023) Mövcud qanunvericiliyə əsasən, əhali üçün su, elektrik və qaz sayğaclarının təchiz edilməsi və quraşdırılması təchizatçılar tərəfindən, təchizatçıların vəsaiti hesabına həyata keçirilməlidir.
BAKI, 10 iyul — Sputnik. Son dövrlərdə çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirən şəxslərin (mənzil-tikinti kooperativləri, məhdud məsuliyyətli cəmiyyətlər və digərləri) mənzillərdə sayğac quraşdırılmasına görə mülkiyyətçilərdən ödəniş tələb etməsi halları barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin sayında artım müşahidə edilir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən xəbərə görə, müraciətlər araşdırılan zaman şikayət və ərizələrdə mənzil-tikinti kooperativləri (MTK) və məhdud məsuliyyətli cəmiyyətlər (MMC) ilə alıcılar arasında bağlanmış müqavilələrdə qanunvericiliyin tələblərinə zidd olaraq mənzillərin su, elektrik və qaz sayğacları ilə təchiz edilməsi və onların quraşdırılmasına dair ödənişlər barədə tələblərin yer alması müəyyən edilib.
Mövcud qanunvericiliyə əsasən, əhali üçün su, elektrik və qaz sayğaclarının təchiz edilməsi və quraşdırılması təchizatçılar tərəfindən, təchizatçıların vəsaiti hesabına həyata keçirilməlidir. Eyni zamanda, təchizatçılar və üçüncü şəxslər tərəfindən sayğacın dəyəri tələb edilə bilməz.
Qeyd olunan fəaliyyəti həyata keçirən vəzifəli şəxslərin əməllərində dələduzluq, vəzifədən sui-istifadə və istehlakçıları aldatma hallarının əlamətləri olduğundan Dövlət Xidmətinə iyun ayı ərzində 15 MTK və 8 MMC barəsində daxil olmuş 29 vətəndaş müraciəti hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.