DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə və İsveç liderləri çətin ki, yekun razılığa gəlsin - KİV

© AP Photo / Ali UnalTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.07.2023
Abunə olmaq
Yens Stoltenberq Vilnüsdə Ərdoğan və Kristersson arasında İsveçin Şimali Atlantika alyansına gedən yolunda maneələri aradan qaldırmağa çalışacağını bildirib.
BAKI, 10 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin baş naziri Ulf Kristersson ilə bazar ertəsi Vilnüsdə keçirəcəyi görüş, Qərb ölkələrinin, xüsusən də ABŞ-ın vaxtaşırı cəhdlərinəbaxmayaraq, çətin ki, ölkənin Şimali Atlantika alyansına üzvlüyü üçün həlledici ola bilsin. Bu barədə Türkiyənin "Hürriyet" nəşri yazıb.
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Vilnüsdə Ərdoğan və Kristersson arasında İsveçin Şimali Atlantika alyansına gedən yolunda maneələri aradan qaldırmağa çalışacaq. Görüş iyulun 11-12-də keçiriləcək NATO sammiti ərəfəsində baş tutacaq, bu görüşdə tərəflər yeni üzvün daxil olmasını elan etmək istəsələr də, hələlik yekun razılıq əldə olunmayıb.
"Zirvədən əvvəl Ərdoğan, İsveçin baş naziri Ulf Kristersson və NATO-nun baş katibi Yens Stoltenberq hərtərəfli qiymətləndirmə üçün bu gün görüşəcəklər, lakin bu, çətin ki, həlledici olsun. Müzakirələrin sonuna qədər üzvlük məsələsində müsbət irəliləyiş olub-olmayacağı böyük ölçüdə Ərdoğanın qərarından asılı olacaq. Türkiyənin qərarı ilə bağlı danışıqlar son ana qədər davam etsə də, bəzi ölkələr, xüsusən də ABŞ İsveçin üzvlüyü ilə bağlı siqnallar verməyə başlayıb.
Finlandiya və İsveç 2022-ci ilin mayında Ukraynada baş verən hadisələr fonunda alyansa qoşulmaq üçün müraciət ediblər. Finlandiya aprelin 4-də NATO-nun 31-ci üzvü olub. İsveçin müraciəti hələ Macarıstan və Türkiyə tərəfindən təsdiqlənməyib.
Xəbər lenti
0