https://sputnik.az/20230710/stoltenberq-erdogana-cavab-verdi-456670654.html
Stoltenberq Ərdoğana cavab verdi
Stoltenberq Ərdoğana cavab verdi
Sputnik Azərbaycan
Stoltenberq deyib ki, Türkiyənin Aİ-yə daxil olmaq ambisiyalarını dəstəkləyir, lakin eyni zamanda Madriddə nəyi razılaşdırdıqlarını da xatırlamaq vacibdir. 10.07.2023, Sputnik Azərbaycan
2023-07-10T18:25+0400
2023-07-10T18:25+0400
2023-07-10T18:25+0400
yens stoltenberq
dünya xəbərləri
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
nato
ai
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452178281_0:160:3072:1888_1920x0_80_0_0_c6f5012c117c7629c9e3390761fed86e.jpg
BAKI, 10 iyul — Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin Aİ-yə daxil olmaq istəyini dəstəklədiyini bildirib, lakin bunun İsveçin NATO-ya daxil olması üçün yerinə yetirilməli olan tərəflərin razılaşdığı şərtlər siyahısında olmadığını xatırladıb. "Mən Türkiyənin Aİ-yə daxil olmaq ambisiyalarını dəstəkləyirəm, lakin eyni zamanda Madriddə nəyi razılaşdırdığımızı xatırlamaq vacibdir. Bu, İsveçin alyansa üzv olmaq üçün yerinə yetirməli olduğu şərtlərin konkret siyahısında yoxdur". Stoltenberq deyib. Baş katib qeyd edib ki, onun fikrincə, İsveç artıq bu şərtləri yerinə yetirib. "İsveçin burada, Vilnüsdə üzvlüyü ilə bağlı hələ də müsbət qərara gəlmək mümkündür", - o əlavə edib və bu məsələdə heç bir zəmanət və ya əminlik olmadığını qeyd edib. Bazar ertəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində Avropa ölkələrini ölkəsinin Aİ-yə yolunu açmağa çağıracağı təqdirdə, İsveçin NATO-ya üzvlüyünün mümkün olacağını bildirmişdi. Hazırda Türkiyə və Macarıstan İsveçin NATO-ya daxil olmasını ratifikasiya etməyiblər. NATO-nun baş katibi Yens Stoltenberq ötən həftə bildirib ki, o, 11-12 iyulda Vilnüsdə keçiriləcək NATO sammitindən əvvəl İsveçin alyansa gedən yolunda qalan maneələri siyasi səviyyədə aradan qaldırmağa çalışacaq. Türkiyə 1999-cu ildən Aİ üzvlüyünə namizəddir. Lakin Ankara ilə Brüssel arasında bu məsələ ilə bağlı danışıqlar çoxdan dalana dirənib. Qərb mediası Türkiyənin namizədliyi ilə bağlı Aİ ölkələri arasında birliyin olmadığını qeyd edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452178281_171:0:2902:2048_1920x0_80_0_0_9d0f4d0ccc033efb23fc5bd2fc350dee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
yens stoltenberq, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, nato, ai
yens stoltenberq, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, nato, ai
Stoltenberq Ərdoğana cavab verdi
Stoltenberq deyib ki, Türkiyənin Aİ-yə daxil olmaq ambisiyalarını dəstəkləyir, lakin eyni zamanda Madriddə nəyi razılaşdırdıqlarını da xatırlamaq vacibdir.
BAKI, 10 iyul — Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin Aİ-yə daxil olmaq istəyini dəstəklədiyini bildirib, lakin bunun İsveçin NATO-ya daxil olması üçün yerinə yetirilməli olan tərəflərin razılaşdığı şərtlər siyahısında olmadığını xatırladıb.
"Mən Türkiyənin Aİ-yə daxil olmaq ambisiyalarını dəstəkləyirəm, lakin eyni zamanda Madriddə nəyi razılaşdırdığımızı xatırlamaq vacibdir. Bu, İsveçin alyansa üzv olmaq üçün yerinə yetirməli olduğu şərtlərin konkret siyahısında yoxdur". Stoltenberq deyib.
Baş katib qeyd edib ki, onun fikrincə, İsveç artıq bu şərtləri yerinə yetirib.
"İsveçin burada, Vilnüsdə üzvlüyü ilə bağlı hələ də müsbət qərara gəlmək mümkündür", - o əlavə edib və bu məsələdə heç bir zəmanət və ya əminlik olmadığını qeyd edib.
Bazar ertəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində Avropa ölkələrini ölkəsinin Aİ-yə yolunu açmağa çağıracağı təqdirdə, İsveçin NATO-ya üzvlüyünün mümkün olacağını bildirmişdi.
Hazırda Türkiyə və Macarıstan İsveçin NATO-ya daxil olmasını ratifikasiya etməyiblər. NATO-nun baş katibi Yens Stoltenberq ötən həftə bildirib ki, o, 11-12 iyulda Vilnüsdə keçiriləcək NATO sammitindən əvvəl İsveçin alyansa gedən yolunda qalan maneələri siyasi səviyyədə aradan qaldırmağa çalışacaq.
Türkiyə 1999-cu ildən Aİ üzvlüyünə namizəddir. Lakin Ankara ilə Brüssel arasında bu məsələ ilə bağlı danışıqlar çoxdan dalana dirənib. Qərb mediası Türkiyənin namizədliyi ilə bağlı Aİ ölkələri arasında birliyin olmadığını qeyd edir.