Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Problemli kreditlərin 44 günə həlli üçün yollar var - Zahid Oruc

© AFP 2024 / ASHRAF SHAZLYBankda əməliyyat
Bankda əməliyyat - Sputnik Azərbaycan, 1920, 10.07.2023
Abunə olmaq
Şəki sakini Səadət Həsənovanın bir bank olmayan kredit təşkilatının ofisində özünü yandırması, Gəncə sakini Kamal Yaqubovun özünəqəsdi, Neftçala sakini Novruzov Alikin özünü yandıraraq həyatını itirməsi hökumət, parlament və bank sisteminin birgə çalışmasını tələb edir
BAKI, 10 iyul — Sputnik. 2014-cü ilin ikinci yarısında dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına, onun tərkib hissəsi olan maliyyə-bank sisteminə mənfi təsir etdi. Devalvasiya-manatın xarici valyutalar qarşısında dəyər itirməsi vətəndaşlarımızın banklarla münasibətlərində gərginlik yaratdı. Xüsusilə də əmənatlərin banklardan geri çəkilməsi qarşısında 2016-cı ildə “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qəbulu maliyyə sabitliyinin və dayanıqlığının əldə olunmasına kömək etdi və institusional-hüquqi islahatlara təkan verdi.
Lakin əhalinin banklarla qarşılıqlı öhdəlikləri sahəsində yaranan problemlər yalnız əmənatlərin müəyyən hissəsinin sığortalanması, aktivlərin artırılması və sairlə həll oluna bilməzdi. 2015-ci ildə ölkə üzrə kreditləşmənin həcmi rekord səviyyədə - 21,7 milyard manat təşkil etdi. Devalvasiyadan sonrakı iki ildə isə kredit qoyuluşunun həcmi azaldı, çünki sistem yaradıcı qurum olan Beynəlxalq Bankın kreditlərinin digər quruma ötürülməsi və bankların iqtisadiyyata pul ayırmasının məhdudlaşdırması öz təsirini göstərdi.
Bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc “Bank mübahisələrinin uğurlu həlli yolları” adlı elmi-praktik konfransda çıxışı zamanı deyib.
O bildirib ki, problemli kreditlər termininin daha çox işləndiyi və onun xüsusi çəkisinin artdığı zaman intervalı-2017-2019-cu illərdə bank sektorunda kreditləşmənin həcmi 5 milyard manat, 2018-ci ildə 7,6 milyard manat, ümumilikdə, 2018-2019-cu illərdə 14,5 milyard manat təşkil edib ki, bunun da 8,1 milyard manata yaxını biznes kreditləri, 6,4 milyard manatı istehlak kreditləri olub: “Ölkə rəhbərinin siyasi iradəsi və prosesə müdaxiləsi son nəticədə, bank sektorunun tənzimlənməsinə dair mövcud qanunvericiliyə - “Bankın kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na və “Bir borcalan və ya bir-biri ilə bağlı borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi Qaydaları”na mühüm dəyişikliklərə, biznes kreditləri üzrə risk dərəcələrinin aşağı salınmasına, artan istehlak borclarının qarşısının alınmasına və hüquqlarının qorunmasına, klassik maliyyə alətləri ilə yanaşı, bazarda təklif olunan müxtəlif alternativ maliyyə alətlərinin meydana çıxmasına səbəb oldu”.
“Kreditlərin verilməsində girov mühüm tələblərdən biridir. Daşınmaz əmlak kiçik və orta sahibkarlıq aktivlərinin 24%-ni təşkil etsə də, kreditlər üçün qoyulan girovun 80 %-ə qədəri daşınmaz əmlakın payına düşür. Belə bir şəraitdə sahibkarların kreditlərə çıxış imkanlarının artırılması və müvafiq infrastrukturun gücləndirilməsi məqsədilə Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri yaradıldı. Beləliklə, iqtisadi sabitliyə 2018-ci ildə nail olunsa da bank kreditlərinin faizlərinin yüksək olması qeyri-rəsmi olaraq, 200 minə çatan vətəndaşlarımızın məhkəmə mübahisələrinə səbəb oldu. Razılaşın ki, istənilən ölkə üçün belə vəziyyət maliyyə və sosial sabitlik üçün böyük risq deməkdir.
Prezident İlham Əliyevin 28 fevral 2019-cu ildə tarixində “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə dövlət büdcəsindən 323 milyon manatı bilavasitə vətəndaşlara verilmiş kreditlərin ödənilməsinə, 310 milyon manatı isə 10 gündən çox gecikdirilmiş kreditlərin bağlanmasına, bütövlükdə isə 494 milyon manatə vəsait problemli kreditlərin restruktizasiyasına yönəldildi”, - deyə Z.Oruc vurğulayıb.
O qeyd edib ki, 2015-ci ildə iki devalvasiya problemli kreditlərin artımını qaçılmaz etdi: “Bekə ki, 2016-cı ilin əvvəlinə 1 milyard 508,5 milyon manat məbləğində, 2017-ci ildə 1 milyard 472,6 milyon manat, 2018-ci ildə ödəniş vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 626,7 milyon manat, 2019-cu ildə 1 milyard 585 milyon manat, 2020-ci ildə ödəniş vaxtı keçən kreditlərin 1 milyard 273,1 milyon manat həddində olub. Mərkəzi Bankın hesabatına görə, 2021-ci il mayın 1-nə Azərbaycanda 921,5 milyon manat problemli və vaxtı keçmiş kredit rəsmiləşib. Beynəlxalq təcrübəyə nəzərə salsaq, problemli kreditlərin həlli strategiyası Avropa məkanında toksik aktivlər üçün bazarın inkişaf etdirilməsi və aktivlərin idarə edilməsinə cavabdeh qurumların yaradılması nümunələri var. 2001-ci il böhranından sonra Türkiyənin problemli kreditləri 18 milyard dollar təşkil edib. 2002-ci ildə İndoneziyada mövcud onlarla bank bağlanıb, 13-ü dövlət himayəsinə götürülüb. Keçmiş sovet məkanında Qazaxıstanda 2015-ci ildən kreditlərin həlli üçün 130 milyard təngə, o vaxtkı kursla təqribən 4 milyard dollara qədər vəsait ayrılıb. Gürcüstanda 2018-ci ildən başlayaraq, bir neçə sosial akt nəticəsində 609,5 min əhalinin 1 302 750 kredit sayına 1,5 milyard dollar yönəldilərək borcların bağlanmasına gedilib”.
“Bank mübahisələrinin çözülməsi təcrübəsinə baxsaq, məhkəmə sistemi qarşısında bunun hansı miqyasda əlavə yük yaratdığını təsəvvürə gətirmək çətin deyil. Xatırladaq ki, ölkəmizdə 578 nəfər hakim var. Problemli kreditlərlə bağlı məhkəmə mübahisələrinin yüksək həddə çatması yalnız devalvasiya ilə bağlı deyildi, şəxslərin bankla bağlanan müqavilələri oxumaması, vahid məhkəmə təcrübəsinin yoxluğu, iddiaların müddəti, borcalanın həyatını itirməsi ilə varislik məsələsi, zaminlik sahəsində qaydasızlıq, bağlanan bankların öhdəliklərinin digər subyektlərə ötürülməsi, ər və arvadın ayrılması ilə yaranan yeni hüquqi münasibətlər, bankların iflas proseduruna başlanılması ilə bağlı ərizə və şikayətlərin tərtib olunması və s.-nin hər birinin müəyyən rolu inkaredilməzdir”, - deyə Z.Oruc əlavə edib.
O bildirib ki, Prezident İlham Əliyevin məhkəmə sistemində istahatlara dair iki mühüm qərarı 2017 və 2019-cu illərdə imzalanan sərəncamlar bir sıra inqilabi hüquqi dəyişikliklərə və cəza sisteminin humanistləşməsinə səbəb oldu, elektron məhkəmə sisteminin yaradılmasına kömək etdi, lakin banklar və vətəndaşlar arasında mübahisələrin xarakterini, hər bir işi ayrıca deyil, bütövlükdə maliyyə və sosial-iqtisadi siyasətin effektilviyini qiymətləndirmək üçün mötəbər məlumat bazası hələ də yoxdur: “Məsələn, bir xarici nümunəyə nəzər salaq. 2021-ci ildə Ukrayna Ali Məhkəməsi tərəfindən kredit hüquqi münasibətlərinə dair işlər üzrə 1172 qərardad qəbul edilib. Onlardan 598-i təminat, 49-u tapşırıqların qanuniliyi, 218-i komissiya, 12-si iddia hüququnun verilməsi, 167-si tapşırıq əməliyyatları, 1302 ipoteka mübahisələri, 669 girovla bağlı qərarlar olub. Ümidvarıq ki, Ali Məhkəməyə yeni rəhbərliyin seçilməsi bütün sahələrdə, o cümlədən bank və maliyyə sektoru ilə bağlı mötəbər məlumat bazasının yaradılmasına imkan verəcək. Yalnız o halda daha obyektiv təhlillərin aparılması mümkündür.
Bank Ombudsmanın yaradılması, əlbəttə müsbət hadisə idi və məhkəmə-hüquq sistemində böyük nüfuzu olan bir şəxsin o quruma rəhbərlik etməsi məhkəməyə alternativ həll imkanlarının yaradılması üçün mühüm təşəbbüs sayıla bilərdi. Lakin “ənənələr qanunlardan üstündür” fəlsəfəsi öz təsirini göstərdiyi üçün statistik mənzərə məhkəmlər və qeyri-inzibati vasitələr arasında dinamikanı izləməyə imkan verir”.
“Belə ki, Ombudsmana edilən müraciətlərin sayı ildən-ilə azalıb: 2017-ci ildə 165, 2018-ci ildə 150, 2019-cu ildə 89, 2020-ci ildə 55, 2021-ci ildə 31 və nəhayət, ötən il cəmisi 26 müraciət olub. Problemli kreditlər bu ilin 1 mayına olan məlumata görə, 591.8 milyon təşkil edib”, - deyə STM rəhbəri vurğulayıb.
O qeyd edib ki, belə konfliktlər bəzən insan taleləri hesabına başa gəlir: “Məsələn, 2018-ci ilin martında Şəki sakini 64 yaşlı Səadət Həsənovanın bir bank olmayan kredit təşkilatının ofisində özünü yandırması, yaxud Gəncə sakini, Kamal Yaqubovun özünəqəsd etməsi, Neftçala şəhər 4 saylı orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini, 63 yaşlı Novruzov Alik Mustafa oğlunun özünü yandıraraq həyatını itirməsi təkcə üzücü hadisələr deyil, eləcə də hökumət, parlament və bank sisteminin, digər maraqlı təşkilatların birgə çalışmalarını tələb edir. Əlbəttə, problemli kreditlərin xilasın ən yaxşı yolu iqtisadi inkişafa nail olmaqdır. Mərkəzi Bankın yeni rəhbərliyi açıq və fərqli bir üslubda - media, 3-cü sektor və parlamentlə sıx, səmərli kommunikasyada professional keyfiyyətlər nümayiş etdiririr. Ona görə də bu sahədə yeni yanaşamalara inam çoxdur.
Bir fərqli təcrübə dı var. Vətən Müharibəsində qələbədən sonra yaradılan “YAŞAT” qurumu nümunəsinin bank sistemi üçün də tətbiqi faydalı olardı”.
“Belə ki, sorğumuza cavab olaraq, "YAŞAT" İdarə Heyətinin bizə verdiyi məlumata görə, şəhid ailə üzvləri tərəfindən edilən 918, itkin ailələri üzrə 3, yaralılar üzrə 1377, beləliklə, cəmi 2298 müraciətə bütövlükdə 7 milyon 7 min 745 manat vəsait yardım edilib. Göründüyü kimi, 44 günlük Xilas və Qurtuluş hərəkatı kimi, bütün sferalarda, təhsildən səhiyyəyə 44 günlük dönüş proqramları yeni dövlət siyasətinin əsasını təşkil edə bilər. Problemli kreditlərin 44 günə silinməsi yollarının tapılması Qarabağda böyük quruculuq işlərinə də töhfə olardı. Prezident İlham Əliyevin ali məramının və xalqa xidmət idealının belə olduğuna şübhə yoxdur”, - o əlavə edib.
Z.Oruc qeyd edib ki, beynəlxalq təcrübədə banklarla müştərilər arasında mübahisələrin mediasiya yolu ilə həlli praktikası geniş yayılıb: “Məsələn, İsveçrədə “İsveçrə banklarının ombudsman fondu” 1993-cü ildən fəaliyyət göstərir və hər il 2000-ə qədər mübahisələr, yəni ümumi müraciətlərin 93 faizə qədəri orada həll olunur. ABŞ-ın bir çox ştatlarında gecikmiş ödənişlər və ödənilməyən kreditlərlə bağlı icbari mediasiya tələb olunur.
Ölkəmizdə mediasiya təsisatı yeni olmasına baxmayaraq, müxtəlif sosial həssas problemlərin həllində xeyli müsbət nəticələri var və onun təməlində daha böyük işlər görülə bilər. Fikrimizcə, Bankların Mediasiya Şurası ilə geniş əməkdaşlığı faydalı olardı. Sosial Tədqiqatlar Mərkəzi əhalinin bank xidmətlərinə münasibətini öyrənməyə çalışır və dövlət-özəl sektorun xidmətlərinin keyfiyyətinin, xidmətalanların məmnuniyyətini tədqiq edərkən alternativ təsisatlara və addımlara ehtiyac olduğunu müəyyən edib”.
Azərbaycan Banklar Asssoasiyasının idarə heyətinin sədri Zakir Nuriyev bildirib ki, problemli kreditlərin həcmi devalvasiya zamanı böyüdü: “Lakin sonradan prezidentin fərmanı ilə bu problemlər çözüldü. Biz Banklar Assosasiyası olaraq vətənsaşların problemlərinin həlli üçün bütün mümkün mexanizmlərdən istifadə edirik”.
O qeyd edib ki, hazırsa problemli kreditlərin həcmi 500 milyondan azdır.
Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev isə bildirib ki, hazırda da Mərkəzi Bank ilə Mediasiya Şurası arasında sıx əməkdaşlıq var: “Mərkəzi Bank vətəndaşların hüquqlarının qorunmasına xüsusi diqqət edir, vətəndaşların yazılı və onlayn olaraq etdikləri müraciətlər araşdırılır. Bundan başqa, 966 qaynar xəttimiz, “WhatsApp” nömrəmiz fəaliyyət göstərir. Mübahisələrin effektiv həlli üzrə ədalətli mexanizmlərin olması strateji əhəmiyyət kəsb edir”.
Kommersiya mübahisələrində ən böyük payın bank sektoruna aid olduğunu deyən Mediasiya Şurasının idarə heyətinin sədri Nadir Adilov bildirib ki, son olaraq bu istiqamətdə atılan addımlar çox əhəmiyyətlidir.
Bank yazısı - Sputnik Azərbaycan, 1920, 10.07.2023
İQTİSADİYYAT
Banklar nə üçün müqaviləni kiçik şriftlərlə hazırlayır - Problem
Xəbər lenti
0