Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Müəllimlərin işə qəbulu üzrə imtahanın vaxtının uzadılmasının səbəbi açıqlanıb

© AR Ministry of Education Müəllimlərin işə qəbulu üzrə imtahanı
Müəllimlərin işə qəbulu üzrə imtahanı - Sputnik Azərbaycan, 1920, 10.07.2023
Abunə olmaq
Namizədlər vaxtın uzadılmasını imtahan suallarının çətinləşdiriləcəyi kimi qəbul etməməlidirlər
BAKI, 10 iyul — Sputnik. Müəllimlərin işə qəbulu üzrə imtahanın vaxtının 150 dəqiqəyə qədər artırılması çətin sualların sayının çoxaldılması demək deyil.
Bunu Təhsil İnstitutunun Metodik dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.
O bildirib ki, namizədlər vaxtın uzadılmasını imtahan suallarının çətinləşdiriləcəyi kimi qəbul etməməlidirlər: "Məzmun keçən il olduğu kimi qalır. Suallar da həmişə necə idisə, indi də asan, orta və çətin olaraq müəyyənləşdirilib".
Qeyd edək ki, bu ildən MİQ üzrə test imtahanı mərhələsi üçün namizədlərə 120 dəqiqə yox, 150 dəqiqə vaxt veriləcək (Report).
Xəbər lenti
0