DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin Rusiya ilə tərəfdaşlığı inkişaf etdirmək üçün işləməyə hazırdır - Si Cinpin

© AFP 2023 / ANTHONY WALLACESi Cinpin
Si Cinpin - Sputnik Azərbaycan, 1920, 10.07.2023
Abunə olmaq
ÇXR lideri Çin və Rusiyanın dünya gücləri olduğunu və bəşəriyyətin inkişafı və tərəqqisi üçün mühüm məsuliyyət daşıdıqlarını bildirib.
BAKI, 10 iyul — Sputnik. Çin Rusiya Federasiyası ilə tərəfdaşlığı inkişaf etdirmək və sabit və ədalətli dünya qurmağa kömək etmək üçün işləməyə hazırdır. Bunu Çin sədri Si Cinpin Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdə bildirib.
"Çin yeni dövrə qədəm qoyan hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığı inkişaf etdirmək, iki ölkənin inkişafı və dirçəlişini təşviq etmək, firavan, sabit, ədalətli və qərəzsiz dünya qurmağa kömək etmək üçün Rusiya ilə işi davam etdirməyə hazırdır.
ÇXR lideri həmçinin qeyd edib ki, Çin və Rusiya dünya gücləridir və bəşəriyyətin inkişafı və tərəqqisi üçün mühüm məsuliyyət daşıyırlar.
Matviyenkonun başçılıq etdiyi Rusiya Federal Məclisinin nümayəndə heyəti iyulun 9-dan 12-dək Çində səfərdədir.
Xəbər lenti
0