Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan və Macarıstan birgə zavod tikəcək

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidAlüminium içki qutuları
Alüminium içki qutuları - Sputnik Azərbaycan, 1920, 10.07.2023
Abunə olmaq
Layihənin icrası ölkələrimizin biznes dairələrinin əməkdaşlığının gücləndirilməsinə, yerli istehsalın artmasına və məşğulluğun təmin edilməsinə töhfə verəcək
BAKI, 10 iyul — Sputnik. İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Macarıstan şirkəti arasında birgə iştirak müqaviləsi imzalanıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında paylaşıb.
O qeyd edib ki, sənədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iştirakı ilə keçirilən tədbirdə imza atılıb: "Layihənin icrası ölkələrimizin biznes dairələrinin əməkdaşlığının gücləndirilməsinə, yerli istehsalın artmasına və məşğulluğun təmin edilməsinə töhfə verəcək".
Bu müqaviləyə əsasən, Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması zavodu tikiləcək.
Qeyd edək ki, nazirliyin yaydığı məlumata əsasən, zavod Ələt Azad İqtisadi Zonasının ərazisində, qabaqcıl texnologiyalara əsasında inşa ediləcək. Onun illik istehsal gücü ilkin mərhələdə 415, tədricən 700 milyon ədəd içki qutusu təşkil edəcək. Layihə çərçivəsində 300-dən çox iş yerinin yaradılması planlaşdırılır.
Xəbər lenti
0