https://sputnik.az/20230709/usq-ye-kaset-bombalarinin-gonderilmesi-bayden-ucun-kabus-olacaq-456638771.html
USQ-yə kaset bombalarının göndərilməsi Bayden üçün kabus olacaq
USQ-yə kaset bombalarının göndərilməsi Bayden üçün kabus olacaq
Sputnik Azərbaycan
Hərbçilərin sözlərinə görə, Vaşinqton Ukraynaya köhnə döyüş sursatlarını təhvil verəcək. 09.07.2023, Sputnik Azərbaycan
2023-07-09T17:25+0400
2023-07-09T17:25+0400
2023-07-09T17:06+0400
co bayden
dünya xəbərləri
ukrayna
abş prezidenti cozef bayden
abş
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/06/425131218_0:1:3302:1858_1920x0_80_0_0_d80c07bb65b30893da75ed7faed58f4b.jpg
BAKI, 9 iyul - Sputnik. Ukraynaya kaset sursatlarını tədarük etmək qərarı Prezident Co Bayden üçün "piar-kabusu" olacaq. Bunu ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritter "YouTube" kanalına müsahibəsində deyib. "Söhbət 1987-ci ildə istehsal olunmuş mərmilərdən gedir. 1997-ci ildə mən səhra artilleriya bölməsində xidmət etmişəm və biz təlimlər zamanı onlardan tez-tez istifadə edirdik. Bu köhnə döyüş sursatlarıdır", - deyə Ritter bildirib. Ekspert qeyd edib ki, bu cür mərmilərdə partlamamış kiçi kalibrili bombaların böyük bir hissəsi var və prezident administrasiyasının ən yüksək effektivliyə malik müasir silahların tədarükü ilə bağlı bütün bəyanatları ikiüzlülükdür. "Həmişəki kimi, biz onlara ən yaxşılarını deyil, köhnə silahları, istifadə müddəti bitmiş silahları veririk" deyən Ritter, Pentaqonun münaqişənin hazırkı formatına uyğun olmayan silahları bilərəkdən göndərməsindən utanmalı olduğunu bildirib. Bu yaxınlarda ABŞ ordusunun istefada olan general-leytenantı Mark Hertlinq də bildirib ki, bu sursatlar Ukrayna Silahlı Qüvvələrinə (USQ) hücumda kömək etməyəcək, çünki onlar mina sahələrini zərərsizləşdirə bilmirlər və səngərlərin təmizlənməsində səmərəsizdirlər, onlardan istifadə edildikdən sonar isə Ukrayna əsgərləri partlamamış mərmilərin olduğu ərazilərdən getməli olacaqlar. Eyni zamanda Fransanın "Le Monde" nəşri etiraf edir ki, Vaşinqton öz silah ehtiyatlarının tükənməsi səbəbindən bu addımı atıb və bununla da Rusiya qarşısında öz zəifliyini nümayiş etdirib. Bu yaxınlarda fransalı siyasətçi, Avropa Parlamentinin sabiq deputatı Florian Filippo sosial şəbəkələrdə yazıb ki, Fransa amerikalıların Ukrayna hakimiyyətinə kassetli sursatlar tədarük etməsinə biabırçı şəkildə susur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/06/425131218_413:0:2890:1858_1920x0_80_0_0_e57f2df61a101e00620c6b4d46530ea1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
co bayden, ukrayna, abş prezidenti cozef bayden, abş
co bayden, ukrayna, abş prezidenti cozef bayden, abş
USQ-yə kaset bombalarının göndərilməsi Bayden üçün kabus olacaq
Hərbçilərin sözlərinə görə, Vaşinqton Ukraynaya köhnə döyüş sursatlarını təhvil verəcək.
BAKI, 9 iyul - Sputnik. Ukraynaya kaset sursatlarını tədarük etmək qərarı Prezident Co Bayden üçün "piar-kabusu" olacaq.
Bunu ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritter "YouTube" kanalına müsahibəsində deyib.
"Söhbət 1987-ci ildə istehsal olunmuş mərmilərdən gedir. 1997-ci ildə mən səhra artilleriya bölməsində xidmət etmişəm və biz təlimlər zamanı onlardan tez-tez istifadə edirdik. Bu köhnə döyüş sursatlarıdır", - deyə Ritter bildirib.
Ekspert qeyd edib ki, bu cür mərmilərdə partlamamış kiçi kalibrili bombaların böyük bir hissəsi var və prezident administrasiyasının ən yüksək effektivliyə malik müasir silahların tədarükü ilə bağlı bütün bəyanatları ikiüzlülükdür.
"Həmişəki kimi, biz onlara ən yaxşılarını deyil, köhnə silahları, istifadə müddəti bitmiş silahları veririk" deyən Ritter, Pentaqonun münaqişənin hazırkı formatına uyğun olmayan silahları bilərəkdən göndərməsindən utanmalı olduğunu bildirib.
Bu yaxınlarda ABŞ ordusunun istefada olan general-leytenantı Mark Hertlinq də bildirib ki, bu sursatlar Ukrayna Silahlı Qüvvələrinə (USQ) hücumda kömək etməyəcək, çünki onlar mina sahələrini zərərsizləşdirə bilmirlər və səngərlərin təmizlənməsində səmərəsizdirlər, onlardan istifadə edildikdən sonar isə Ukrayna əsgərləri partlamamış mərmilərin olduğu ərazilərdən getməli olacaqlar.
Eyni zamanda Fransanın "Le Monde" nəşri etiraf edir ki, Vaşinqton öz silah ehtiyatlarının tükənməsi səbəbindən bu addımı atıb və bununla da Rusiya qarşısında öz zəifliyini nümayiş etdirib.
Bu yaxınlarda fransalı siyasətçi, Avropa Parlamentinin sabiq deputatı Florian Filippo sosial şəbəkələrdə yazıb ki, Fransa amerikalıların Ukrayna hakimiyyətinə kassetli sursatlar tədarük etməsinə biabırçı şəkildə susur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.