https://sputnik.az/20230709/turkiyenin-daxili-isler-naziri-qeyri-qanuni-miqrasiya-problemine-son-qoyacaq-456638647.html
Türkiyənin daxili işlər naziri qeyri-qanuni miqrasiya probleminə son qoyacaq
Türkiyənin daxili işlər naziri qeyri-qanuni miqrasiya probleminə son qoyacaq
Sputnik Azərbaycan
Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri əmin edib ki, rəhbərlik etdiyi qurumda qeyri-qanuni miqrasiyaya qarşı mübarizə beynəlxalq hüquq normalarına uyğun... 09.07.2023, Sputnik Azərbaycan
2023-07-09T17:49+0400
2023-07-09T17:49+0400
2023-07-09T17:49+0400
miqrasiya
dünya xəbərləri
türkiyə
https://cdnn1.img.sputnik.az/img/42265/43/422654358_0:349:3021:2048_1920x0_80_0_0_fde44d882777da04721604f2554dd6c4.jpg
BAKI, 9 iyul - Sputnik. Türkiyənin yeni daxili işlər naziri Əli Yerlikaya ölkədə, İstanbulda qeyri-qanuni miqrasiya probleminə bir neçə ay ərzində son qoyacağına söz verib. Bu barədə nazir "Hüriyyət" qəzetinə müsahibəsində deyib. Yerlikaya bildirib ki, son bir həftə ərzində Daxili İşlər Nazirliyi tərəfindən nazirliyin gündəliyində duran prioritet məsələlərdən biri olan qanunsuz miqrasiyaya qarşı tədbirlər gücləndirilib. "Biz bununla təkcə hər gün reydlər keçirilən İstanbulda deyil, ölkənin bütün əyalətlərində mübarizə aparırıq. Bu mübarizəni davam etdirəcəyik. Əminəm ki, 4-5 aydan sonra qeyri-qanuni miqrantlarla bağlı vəziyyət köklü şəkildə dəyişəcək", - deyə nazir bildirib. Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri əmin edib ki, rəhbərlik etdiyi qurumda qeyri-qanuni miqrasiyaya qarşı mübarizə beynəlxalq hüquq normalarına uyğun olaraq ciddi şəkildə aparılır. Türkiyə mətbuatının məlumatına görə, İstanbul polisi şəhərin hər yerində, o cümlədən turizm bölgələrində qanunsuz miqrantlara qarşı gündəlik reydlər keçirir. Gün ərzində yüzlərlə insan saxlanılır, sonra deportasiya edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42265/43/422654358_0:502:2062:2048_1920x0_80_0_0_d33373f89438930083b233d2b4d9a29d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
miqrasiya, türkiyə
Türkiyənin daxili işlər naziri qeyri-qanuni miqrasiya probleminə son qoyacaq
Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri əmin edib ki, rəhbərlik etdiyi qurumda qeyri-qanuni miqrasiyaya qarşı mübarizə beynəlxalq hüquq normalarına uyğun olaraq ciddi şəkildə aparılır.
BAKI, 9 iyul - Sputnik. Türkiyənin yeni daxili işlər naziri Əli Yerlikaya ölkədə, İstanbulda qeyri-qanuni miqrasiya probleminə bir neçə ay ərzində son qoyacağına söz verib.
Bu barədə nazir "Hüriyyət" qəzetinə müsahibəsində deyib.
Yerlikaya bildirib ki, son bir həftə ərzində Daxili İşlər Nazirliyi tərəfindən nazirliyin gündəliyində duran prioritet məsələlərdən biri olan qanunsuz miqrasiyaya qarşı tədbirlər gücləndirilib.
"Biz bununla təkcə hər gün reydlər keçirilən İstanbulda deyil, ölkənin bütün əyalətlərində mübarizə aparırıq. Bu mübarizəni davam etdirəcəyik. Əminəm ki, 4-5 aydan sonra qeyri-qanuni miqrantlarla bağlı vəziyyət köklü şəkildə dəyişəcək", - deyə nazir bildirib.
Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri əmin edib ki, rəhbərlik etdiyi qurumda qeyri-qanuni miqrasiyaya qarşı mübarizə beynəlxalq hüquq normalarına uyğun olaraq ciddi şəkildə aparılır.
Türkiyə mətbuatının məlumatına görə, İstanbul polisi şəhərin hər yerində, o cümlədən turizm bölgələrində qanunsuz miqrantlara qarşı gündəlik reydlər keçirir. Gün ərzində yüzlərlə insan saxlanılır, sonra deportasiya edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.