https://sputnik.az/20230709/trampin-oglu-ukraynadaki-munaqiseye-gore-abs-i-gunahlandirdi-456636121.html
Trampın oğlu Ukraynadakı münaqişəyə görə ABŞ-ı günahlandırdı
Trampın oğlu Ukraynadakı münaqişəyə görə ABŞ-ı günahlandırdı
Sputnik Azərbaycan
Kiçik Donald Tramp senator Qremi Ukraynanı NATO-ya qəbul etmək çağırışlarına görə tənqid edib. 09.07.2023, Sputnik Azərbaycan
2023-07-09T23:59+0400
2023-07-09T23:59+0400
2023-07-09T23:59+0400
donald tramp
dünya xəbərləri
nato
abş
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/04/05/453404736_0:160:3072:1888_1920x0_80_0_0_d8a3533ca323323786a2930f85f6bd8f.jpg
BAKI, 09 iyul - Sputnik. ABŞ-ın sabiq Prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp senator Lindsi Qremi Ukraynanı NATO-ya üzv olmağa çağırdığına görə tənqid edib. Siyasətçinin oğlu qeyd edib ki, bu, Rusiya ilə birbaşa toqquşmaya gətirib çıxaracaq və amerikalıların maraqlarına uyğun deyil. Bu barədə kiçik Donald Tramp öz "Twitter" səhifəsində yazıb. "Sizin planınız Ukraynanı NATO-ya daxil etməkdir ki, biz etibarlı vasitələr hesabına hərbi əməliyyatlar aparmaqdan Rusiya ilə birbaşa qarşıdurmaya keçə bilək, amerikalı uşaqları dünyanın o biri tərəfinə ölümə göndərək... tam olaraq nə üçün???", - deyə Trampın oğlu qeyd edib. ABŞ senatorları bu yaxınlarda Konqresin yuxarı palatasına Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyi təqdirdə NATO-ya hücum kimi qiymətləndirilməli olduğuna dair qətnamə təqdim ediblər. Lindsi Qrem zənn edir ki, qətnamənin qəbul edilməsi Rusiyanın rəhbərliyinə nüvə silahından istifadənin "NATO ilə münaqişəyə gətirib çıxaracağına" siqnal olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/05/453404736_171:0:2902:2048_1920x0_80_0_0_14445448d64ac293779ca601825039a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
donald tramp, nato, abş, ukrayna
donald tramp, nato, abş, ukrayna
Trampın oğlu Ukraynadakı münaqişəyə görə ABŞ-ı günahlandırdı
Kiçik Donald Tramp senator Qremi Ukraynanı NATO-ya qəbul etmək çağırışlarına görə tənqid edib.
BAKI, 09 iyul - Sputnik. ABŞ-ın sabiq Prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp senator Lindsi Qremi Ukraynanı NATO-ya üzv olmağa çağırdığına görə tənqid edib. Siyasətçinin oğlu qeyd edib ki, bu, Rusiya ilə birbaşa toqquşmaya gətirib çıxaracaq və amerikalıların maraqlarına uyğun deyil.
Bu barədə kiçik Donald Tramp öz "Twitter" səhifəsində yazıb.
"Sizin planınız Ukraynanı NATO-ya daxil etməkdir ki, biz etibarlı vasitələr hesabına hərbi əməliyyatlar aparmaqdan Rusiya ilə birbaşa qarşıdurmaya keçə bilək, amerikalı uşaqları dünyanın o biri tərəfinə ölümə göndərək... tam olaraq nə üçün???", - deyə Trampın oğlu qeyd edib.
ABŞ senatorları bu yaxınlarda Konqresin yuxarı palatasına Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyi təqdirdə NATO-ya hücum kimi qiymətləndirilməli olduğuna dair qətnamə təqdim ediblər. Lindsi Qrem zənn edir ki, qətnamənin qəbul edilməsi Rusiyanın rəhbərliyinə nüvə silahından istifadənin "NATO ilə münaqişəyə gətirib çıxaracağına" siqnal olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.