https://sputnik.az/20230709/suni-intellekt-xercengin-alt-novunu-teyin-ede-bilir-456611775.html
Süni intellekt xərçəngin alt növünü təyin edə bilir
Süni intellekt xərçəngin alt növünü təyin edə bilir
Sputnik Azərbaycan
İnsanın gözü xərçəng hüceyrələrinin müxtəlif alt tipləri arasında incə genetik fərqləri ayırd edə bilmədiyindən şişin çıxarılması zamanı həkimlər nadir... 09.07.2023, Sputnik Azərbaycan
2023-07-09T08:46+0400
2023-07-09T08:46+0400
2023-07-09T08:46+0400
dünya xəbərləri
xərçəng xəstəliyi
süni
intellekt
https://cdnn1.img.sputnik.az/img/42303/51/423035145_0:0:3071:1728_1920x0_80_0_0_d9e4906c3e19a9831d77caf53ccda79d.jpg.webp
BAKI, 9 iyul - Sputnik. Amerikalı tədqiqatçılar beyin xərçənginin ən aqressiv formalarından birinin alt növünü təyin edə bilən neyron şəbəkəsi alqoritmi hazırlayıblar. Bu barədə Azərtac Harvard Tibb Məktəbinin mətbuat xidmətinə istinadən məlumat yayıb.Bildirilib ki, süni intellekt sistemi cərrahlara real vaxt rejimində ən yaxşı müalicə üsulunu seçməyə imkan verəcək.Glioma beyin xərçənginin ən aqressiv formalarından biridir və hər il təxminən 250 min xəstəyə bu diaqnoz qoyulur. Bir qayda olaraq, xəstələrin əksəriyyəti neoplazma aşkar edildikdən sonra 12-15 ay ərzində ölür. Onun müalicəsi beyinə nüfuz edə bilən dərmanların az olması, həmçinin glioma hüceyrələrinin immunoterapiyaya qarşı müqaviməti ilə çətinləşir.Müəlliflər qeyd edir ki, glioma diaqnozu və müalicəsi çətindir, çünki həkimlər onu çıxarmaq üçün əməliyyata başlamazdan əvvəl şişin alt növünü dəqiq müəyyən edə bilmirlər. Müasir üsullar şişin əvvəlcə kəsildiyini, dondurulduğunu və mikroskop altında araşdırılmasını təklif edir.Lakin Harvard Tibb Məktəbinin məlumatında o da qeyd edilir ki, insan gözü xərçəng hüceyrələrinin müxtəlif alt tipləri arasında incə genetik fərqləri ayırd edə bilmir.Şişin çıxarılması proseduru zamanı həkimlər nadir hallarda şişin alt növünü düzgün diaqnoz edirlər. Tədqiqatçılar glioma alt növünü hüceyrələrindəki əsas mutasiyalarla müəyyən etməklə bu problemi həll edən neyron şəbəkəsi alqoritmi hazırlayıblar. Alqoritm bu məlumatı birbaşa əməliyyat zamanı çəkilən şiş hissələrinin fotoşəkillərini təhlil edərək əldə edir.Bundan əlavə, elm adamları xərçəng hüceyrələrinin DNT-sini də tədqiq ediblər və gliomaların aqressivliyini artıran və ya azaldan əsas mutasiyaları müəyyənləşdiriblər.Alqoritm CHARM adlanır. Bu süni intellekt sisteminin sınaqları zamanı o, xərçəng hüceyrələrini 98 faiz dəqiqliklə aşkarlayıb. Həmçinin 88 faiz dəqiqliklə üç əsas glioma yarımtipini aşkarlaya, ATRX, TP53 və CIC genlərində təhlükəli mutasiyaların mövcudluğunu üzə çıxara bilib.Tədqiqatçılar ümid edirlər ki, bu, glioma xəstələrinin sağ qalma şansını əhəmiyyətli dərəcədə artıracaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42303/51/423035145_0:0:2731:2048_1920x0_80_0_0_5bd9f2229535b38ea4d22bec91d1f01f.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xərçəng xəstəliyi, süni, intellekt
xərçəng xəstəliyi, süni, intellekt
Süni intellekt xərçəngin alt növünü təyin edə bilir
İnsanın gözü xərçəng hüceyrələrinin müxtəlif alt tipləri arasında incə genetik fərqləri ayırd edə bilmədiyindən şişin çıxarılması zamanı həkimlər nadir hallarda şişin alt növünü düzgün diaqnoz etməyi bacarır.
BAKI, 9 iyul - Sputnik. Amerikalı tədqiqatçılar beyin xərçənginin ən aqressiv formalarından birinin alt növünü təyin edə bilən neyron şəbəkəsi alqoritmi hazırlayıblar. Bu barədə Azərtac Harvard Tibb Məktəbinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, süni intellekt sistemi cərrahlara real vaxt rejimində ən yaxşı müalicə üsulunu seçməyə imkan verəcək.
“Hələlik həkimlərin əməliyyat zamanı şişlərin molekulyar diaqnostikasını aparmağa imkan verən alətləri yoxdur. Biz dondurulmuş şiş nümunələrinin görüntülərindən belə məlumatları əldə etməyə imkan verən alqoritm yaratmışıq. Bu, onkologiyanın inkişafına güclü təkan olacaq”, - Harvard Tibb Məktəbinin dosenti Yu Kunxing qeyd edib.
Glioma beyin xərçənginin ən aqressiv formalarından biridir və hər il təxminən 250 min xəstəyə bu diaqnoz qoyulur. Bir qayda olaraq, xəstələrin əksəriyyəti neoplazma aşkar edildikdən sonra 12-15 ay ərzində ölür. Onun müalicəsi beyinə nüfuz edə bilən dərmanların az olması, həmçinin glioma hüceyrələrinin immunoterapiyaya qarşı müqaviməti ilə çətinləşir.
Müəlliflər qeyd edir ki, glioma diaqnozu və müalicəsi çətindir, çünki həkimlər onu çıxarmaq üçün əməliyyata başlamazdan əvvəl şişin alt növünü dəqiq müəyyən edə bilmirlər. Müasir üsullar şişin əvvəlcə kəsildiyini, dondurulduğunu və mikroskop altında araşdırılmasını təklif edir.
Lakin Harvard Tibb Məktəbinin məlumatında o da qeyd edilir ki, insan gözü xərçəng hüceyrələrinin müxtəlif alt tipləri arasında incə genetik fərqləri ayırd edə bilmir.
Şişin çıxarılması proseduru zamanı həkimlər nadir hallarda şişin alt növünü düzgün diaqnoz edirlər. Tədqiqatçılar glioma alt növünü hüceyrələrindəki əsas mutasiyalarla müəyyən etməklə bu problemi həll edən neyron şəbəkəsi alqoritmi hazırlayıblar. Alqoritm bu məlumatı birbaşa əməliyyat zamanı çəkilən şiş hissələrinin fotoşəkillərini təhlil edərək əldə edir.
Bundan əlavə, elm adamları xərçəng hüceyrələrinin DNT-sini də tədqiq ediblər və gliomaların aqressivliyini artıran və ya azaldan əsas mutasiyaları müəyyənləşdiriblər.
Alqoritm CHARM adlanır. Bu süni intellekt sisteminin sınaqları zamanı o, xərçəng hüceyrələrini 98 faiz dəqiqliklə aşkarlayıb. Həmçinin 88 faiz dəqiqliklə üç əsas glioma yarımtipini aşkarlaya, ATRX, TP53 və CIC genlərində təhlükəli mutasiyaların mövcudluğunu üzə çıxara bilib.
Tədqiqatçılar ümid edirlər ki, bu, glioma xəstələrinin sağ qalma şansını əhəmiyyətli dərəcədə artıracaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.