https://sputnik.az/20230709/stoltenberq-baydeni-tekzib-etdi-ukraynanin-nato-ya-uzvluyu-ile-bagli-vahid-movqe-olacaq-456643719.html
Stoltenberq Baydeni təkzib etdi: Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı vahid mövqe olacaq
Stoltenberq Baydeni təkzib etdi: Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı vahid mövqe olacaq
Sputnik Azərbaycan
Baş katib tam əmindir ki, alyans üzvləri Ukraynanın NATO-ya daxil olması perspektivləri ilə bağlı hamı üçün əlverişli yol tapacaqlar. 09.07.2023, Sputnik Azərbaycan
2023-07-09T20:00+0400
2023-07-09T20:00+0400
2023-07-09T20:00+0400
dünya xəbərləri
yens stoltenberq
nato
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455644137_0:0:3072:1728_1920x0_80_0_0_04478a7b0064c54eebc03abc3e2ea83f.jpg
BAKI, 9 iyul - Sputnik. NATO-ya üzv dövlətlər alyansın Vilnüsdə keçiriləcək sammitində Ukraynanın hərbi-siyasi bloka daxil olması perspektivləri ilə bağlı vahid mövqedən çıxış edəcəklər.Bunu NATO-nun baş katibi Yens Stoltenberq “Sky News” telekanalına müsahibəsində deyib."Bu, asan deyil, çünki bir çox müttəfiqlərin fərqli mövqeləri və baxışları var. NATO-nun gücü ondan ibarətdir ki, biz həmişə bir mövqe ətrafında toplaşa bilirik”, - Stoltenberq bildirib.Baş katibin sözlərinə görə, o, tam əmindir ki, alyans üzvləri Ukraynanın NATO-ya daxil olması perspektivləri ilə bağlı hamı üçün əlverişli yol tapacaqlar.ABŞ prezidenti Cozef Bayden isə bundan əvvəl Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı alyansda vahid mövqenin olmadığını bildirib."Hazırda Ukraynanın alyansa qəbulu məsələsində NATO-da birlik görmürəm”, - o, “CNN”ə müsahibəsində deyib.ABŞ lideri Ukraynaya alyansa qoşulmağa hazırlaşmağa kömək etməyə, həmçinin müvəqqəti olaraq təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu da əlavə edib:"Amerika Birləşmiş Ştatları Ukraynaya İsrail modelində təhlükəsizlik zəmanəti verməyə hazırdır".Baydenin sözlərinə görə, Vaşinqtonun zəmanət verməsi Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulması demək deyil.
https://sputnik.az/20230709/nato-da-ukraynanin-alyansa-qebulu-meselesinde-birlik-gormurem---bayden-456643493.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455644137_0:0:2732:2048_1920x0_80_0_0_618cee7246481b9f43eb264a0a3124bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yens stoltenberq, nato, ukrayna
yens stoltenberq, nato, ukrayna
Stoltenberq Baydeni təkzib etdi: Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı vahid mövqe olacaq
Baş katib tam əmindir ki, alyans üzvləri Ukraynanın NATO-ya daxil olması perspektivləri ilə bağlı hamı üçün əlverişli yol tapacaqlar.
BAKI, 9 iyul - Sputnik. NATO-ya üzv dövlətlər alyansın Vilnüsdə keçiriləcək sammitində Ukraynanın hərbi-siyasi bloka daxil olması perspektivləri ilə bağlı vahid mövqedən çıxış edəcəklər.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq “Sky News” telekanalına müsahibəsində deyib.
"Bu, asan deyil, çünki bir çox müttəfiqlərin fərqli mövqeləri və baxışları var. NATO-nun gücü ondan ibarətdir ki, biz həmişə bir mövqe ətrafında toplaşa bilirik”, - Stoltenberq bildirib.
Baş katibin sözlərinə görə, o, tam əmindir ki, alyans üzvləri Ukraynanın NATO-ya daxil olması perspektivləri ilə bağlı hamı üçün əlverişli yol tapacaqlar.
ABŞ prezidenti Cozef Bayden isə bundan əvvəl Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı alyansda vahid mövqenin olmadığını bildirib.
"Hazırda Ukraynanın alyansa qəbulu məsələsində NATO-da birlik görmürəm”, - o, “CNN”ə müsahibəsində deyib.
ABŞ lideri Ukraynaya alyansa qoşulmağa hazırlaşmağa kömək etməyə, həmçinin müvəqqəti olaraq təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu da əlavə edib:
"Amerika Birləşmiş Ştatları Ukraynaya İsrail modelində təhlükəsizlik zəmanəti verməyə hazırdır".
Baydenin sözlərinə görə, Vaşinqtonun zəmanət verməsi Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulması demək deyil.