DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Özbəkistanda prezident seçkiləri keçirilir: Şavkat Mirziyoyev artıq səs verib

© Sputnik / Илья ПиталевÖzbəkistanda seçkilər
Özbəkistanda seçkilər - Sputnik Azərbaycan, 1920, 09.07.2023
Abunə olmaq
Özbəkistan qanunlarına əsasən, özbək dilini bilən, son on ili ölkədə yaşayan və namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülən 35 yaşdan yuxarı bütün vətəndaşlar seçkilərdə iştirak edə bilər.
BAKI, 9 iyul - Sputnik. Özbəkistan prezidentliyinə namizəd Şavkat Mirziyoyev yerli vaxtla saat 10:00 radələrində (Bakı vaxtı ilə saat 9:00) Daşkənddəki 59-cu seçki məntəqəsində səs verib.
Mirziyoyevi həyat yoldaşı, övladları və nəvələri müşayiət edib. Prezidentliyə namizəd səs verdikdən sonra seçki məntəqəsinə gələn yerli sakinlərlə danışıb.
Qeyd edək ki, bu gün Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilir.
Ölkədə seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 7:00) açılıb və 20:00-da (Bakı vaxtı ilə saat 19:00) bağlanacaq.
08:45
Özbəkistanda prezident seçkiləri başlayıb.
Yerli vaxtla saat 8:00-da Özbəkistandan kənarda 39 ölkədə 56 seçki məntəqəsi də daxil olmaqla 10 784 seçki məntəqəsi açılıb.
Vətəndaşlara yerli vaxtla saat 20:00-a qədər səs vermək imkanı verilir.
Xatırladaq ki, aprelin 30-da Özbəkistanda konstitusiyaya düzəlişlər üzrə referendum keçirilib və prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. Özbəkistan qanunlarına əsasən, özbək dilini bilən, son on ili ölkədə yaşayan və namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülən 35 yaşdan yuxarı bütün vətəndaşlar seçkilərdə iştirak edə bilər.
Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik partiyasının namizədi Uluğbek İnoyatov, Ekologiya partiyasının namizədi Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya partiyasının namizədi Roba Mahmudova mübarizə aparacaq.
Xəbər lenti
0