https://sputnik.az/20230709/hammali--navainin-bakida-ilk-solo-konserti-olub-emin-agalarov-olmadan-olmazdi-456646299.html
HammAli & Navainin Bakıda ilk solo konserti olub: "Emin Ağalarov olmadan olmazdı"
HammAli & Navainin Bakıda ilk solo konserti olub: "Emin Ağalarov olmadan olmazdı"
Sputnik Azərbaycan
Rusiyanın Azərbaycan əsilli məşhur müğənniləri Bakı tamaşaçıları üçün ən yaxşı hitlərini ifa ediblər. 09.07.2023, Sputnik Azərbaycan
2023-07-09T22:00+0400
2023-07-09T22:00+0400
2023-07-10T09:54+0400
konsert
mədəniyyət
emin ağalarov
xalq artisti emin ağalarov
hammali & navai
https://cdnn1.img.sputnik.az/img/07e7/07/09/456631708_0:67:1280:787_1920x0_80_0_0_b2970807ca6895d5c189fa396d829f28.jpg
BAKI, 9 iyul — Sputnik. Rusiyada məşhurlaşan azərbaycanlı HammAli & Navai dueti (İsgəndər Əliyev və Nəvai Bəkirov) ilk dəfə vətənlərində - Xəzər dənizinin sahilindəki Sea Breeze kurort kompleksində böyük konsert proqramı ilə çıxış ediblər. Sputnik Azərbaycan xəbər verir ki, ifaçıların Bakıya gəlməsinə bir neçə gün qalmış bütün biletlər satılıb qurtarıb. Sənətçilərin çıxışı Azərbaycanın xalq artisti Emin Ağalarovun Summer LIVE layihəsi çərçivəsində "Zhara events" tərəfindən təşkil olunub. HammAli & Navai tamaşaçıları ana dilində salamlayıblar. Sevgiyə görə hər kəsə təşəkkür ediblər və bunun qarşılıqlı olduğunu vurğulayıblar. Müğənnilər vətənlərində ilk dəfə konsert verdikləri üçün çox həyəcanlı olduqlarını etiraf ediblər. Ona görə də pərəstişkarlarından onları alqışlarla dəstəkləmələrini xahiş ediblər. "Valideynlərimiz də Bakıda bizə dəstək olmaq qərarına gəldilər. Onlar bizimlə birlikdə uçdular. Konsertə ən vacib olanla - ana haqqında mahnı ilə başlamaq qərarına gəldik. Analarımız nə qədər güclü olsalar da, yenə də xanımdırlar. Məhz onlar bizi böyük kişilərə çeviriblər, buna görə onlara minnətdarıq. Valideynlərin dəyərini dərk edən hər bir insan bizə verdiklərinə görə son nəfəsinə qədər onlara minnətdardır", - Hammali deyib və daha sonra duet "Ana" mahnısını ifa edib. Sonra HammAli & Navai yenidən tamaşaçılara müraciət edərək, onlar üçün iki saat mahnı oxuyacaqlarını qeyd ediblər. "Bu duyğular bir daha təkrarlanmayacaq. Biz bu konsertin sizin üçün yaddaqalan olması naminə əlimizdən gələni edəcəyik", - Nəvai deyib. HammAli & Navai tamaşaçılara nəinki solo kompozisiyalarını - "Bəs bu sevgidirsə?", "Müharibə qızı", "Harada idin" "Pulsuz qəbul etmərəm", "Quş" və s. təqdim ediblər, həmçinin Mari Kraymbreri (Marie Crimebrery), Coni (Jony) və Yeqor Kridin də yaradıcılığına müraciə ediblər. Səhnədə HammAli & Navaiyə Azərbaycanın Xalq Artisti Emin Ağalarov da dəstək olub. Onlar birlikdə Ağalarov üçün yazdıqları "Bəs niyə?" duet bəstəsini birlikdə ifa ediblər. Emin çıxışı zamanı deyib ki, HammAli və Navainin təqdimatına ehtiyac yoxdur, "çünki onlar həm qanları, həm də ruhları ilə əsl azərbaycanlıdırlar". Müğənnilər də öz növbələrində konsertlərini vətənlərində təşkil etdiyinə görə həmkarlarına təşəkkür edərək, Ağalarovun onlar üçün təkcə dost deyil, həm də böyük qardaş olduğunu qeyd ediblər. Nəvai bütün ömrünü Rusiyada yaşasa da, Azərbaycan dilini yaxşı bildiyi üçün bu yaxınlarda öz ana dilində "De mənə gülüm" mahnısını lentə yazdırıb. Bakı konsertində ilk dəfə həmyerliləri üçün bu mahnını canlı ifa etmək qərarına gəlib. Tamaşaçılar ifaçını gurultulu alqışlarla alqışlayıblar. Konsertin sonunda HammAli & Navai ilk hitləri olan "Let me on the dance floor" mahnısını ifa ediblər. Tamaşaçılar onları səhnədən buraxmaq istəmədiyi üçün "Quş" (Ptiçka) mahnısını yenidən tamaşaçılarla birlikdə, yalnız bu dəfə akustik variantda oxuyublar. Onlar Bakıya yenidən, lakin yeni konsert proqramı ilə qayıdacaqlarına söz veriblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/09/456631708_72:0:1209:853_1920x0_80_0_0_c84d78d8d507d49a82f182b5ae817012.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
konsert, emin ağalarov, xalq artisti emin ağalarov, hammali & navai
konsert, emin ağalarov, xalq artisti emin ağalarov, hammali & navai
HammAli & Navainin Bakıda ilk solo konserti olub: "Emin Ağalarov olmadan olmazdı"
22:00 09.07.2023 (Yenilənib: 09:54 10.07.2023) Rusiyanın Azərbaycan əsilli məşhur müğənniləri Bakı tamaşaçıları üçün ən yaxşı hitlərini ifa ediblər.
BAKI, 9 iyul — Sputnik. Rusiyada məşhurlaşan azərbaycanlı HammAli & Navai dueti (İsgəndər Əliyev və Nəvai Bəkirov) ilk dəfə vətənlərində - Xəzər dənizinin sahilindəki Sea Breeze kurort kompleksində böyük konsert proqramı ilə çıxış ediblər.
Sputnik Azərbaycan xəbər verir ki, ifaçıların Bakıya gəlməsinə bir neçə gün qalmış bütün biletlər satılıb qurtarıb. Sənətçilərin çıxışı Azərbaycanın xalq artisti Emin Ağalarovun Summer LIVE layihəsi çərçivəsində "Zhara events" tərəfindən təşkil olunub.
HammAli & Navai tamaşaçıları ana dilində salamlayıblar. Sevgiyə görə hər kəsə təşəkkür ediblər və bunun qarşılıqlı olduğunu vurğulayıblar. Müğənnilər vətənlərində ilk dəfə konsert verdikləri üçün çox həyəcanlı olduqlarını etiraf ediblər. Ona görə də pərəstişkarlarından onları alqışlarla dəstəkləmələrini xahiş ediblər.
"Valideynlərimiz də Bakıda bizə dəstək olmaq qərarına gəldilər. Onlar bizimlə birlikdə uçdular. Konsertə ən vacib olanla - ana haqqında mahnı ilə başlamaq qərarına gəldik. Analarımız nə qədər güclü olsalar da, yenə də xanımdırlar. Məhz onlar bizi böyük kişilərə çeviriblər, buna görə onlara minnətdarıq. Valideynlərin dəyərini dərk edən hər bir insan bizə verdiklərinə görə son nəfəsinə qədər onlara minnətdardır", - Hammali deyib və daha sonra duet "Ana" mahnısını ifa edib.
Sonra HammAli & Navai yenidən tamaşaçılara müraciət edərək, onlar üçün iki saat mahnı oxuyacaqlarını qeyd ediblər.
"Bu duyğular bir daha təkrarlanmayacaq. Biz bu konsertin sizin üçün yaddaqalan olması naminə əlimizdən gələni edəcəyik", - Nəvai deyib.
HammAli & Navai tamaşaçılara nəinki solo kompozisiyalarını - "Bəs bu sevgidirsə?", "Müharibə qızı", "Harada idin" "Pulsuz qəbul etmərəm", "Quş" və s. təqdim ediblər, həmçinin Mari Kraymbreri (Marie Crimebrery), Coni (Jony) və Yeqor Kridin də yaradıcılığına müraciə ediblər.
Səhnədə HammAli & Navaiyə Azərbaycanın Xalq Artisti Emin Ağalarov da dəstək olub. Onlar birlikdə Ağalarov üçün yazdıqları "Bəs niyə?" duet bəstəsini birlikdə ifa ediblər.
Emin çıxışı zamanı deyib ki, HammAli və Navainin təqdimatına ehtiyac yoxdur, "çünki onlar həm qanları, həm də ruhları ilə əsl azərbaycanlıdırlar".
Müğənnilər də öz növbələrində konsertlərini vətənlərində təşkil etdiyinə görə həmkarlarına təşəkkür edərək, Ağalarovun onlar üçün təkcə dost deyil, həm də böyük qardaş olduğunu qeyd ediblər.
Nəvai bütün ömrünü Rusiyada yaşasa da, Azərbaycan dilini yaxşı bildiyi üçün bu yaxınlarda öz ana dilində "De mənə gülüm" mahnısını lentə yazdırıb. Bakı konsertində ilk dəfə həmyerliləri üçün bu mahnını canlı ifa etmək qərarına gəlib. Tamaşaçılar ifaçını gurultulu alqışlarla alqışlayıblar.
Konsertin sonunda HammAli & Navai ilk hitləri olan "Let me on the dance floor" mahnısını ifa ediblər. Tamaşaçılar onları səhnədən buraxmaq istəmədiyi üçün "Quş" (Ptiçka) mahnısını yenidən tamaşaçılarla birlikdə, yalnız bu dəfə akustik variantda oxuyublar. Onlar Bakıya yenidən, lakin yeni konsert proqramı ilə qayıdacaqlarına söz veriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.