https://sputnik.az/20230709/ermenistanda-minlerle-xeste-palliativ-tibbi-yardimdan-mehrum-olub--456638467.html
Ermənistanda minlərlə xəstə palliativ tibbi yardımdan məhrum olub
Ermənistanda minlərlə xəstə palliativ tibbi yardımdan məhrum olub
Sputnik Azərbaycan
Ermənistanda əhalinin sıx məskunlaşdığı iki vilayətdə - Şirak və Loridə - bu cür xidmətlər ümumiyyətlə göstərilmir, bir sıra yerlərdə xidmətlərin bir hissəsi... 09.07.2023, Sputnik Azərbaycan
2023-07-09T16:29+0400
2023-07-09T16:29+0400
2023-07-09T16:29+0400
dünya xəbərləri
ermənistan
tibbi xidmət
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0f/426709768_0:0:3053:1717_1920x0_80_0_0_c374145a0aa39366ba14a5d3c6660cc8.jpg
BAKI, 9 iyul - Sputnik. Ermənistanda minlərlə xəstə palliativ tibbi yardımdan (sağalması mümkün olmayan xəstələrin əzabının qarşısının alınması və vəziyyətinin yüngülləşdirilməsi - red) məhrum olub.Sputnik Ermənistan-ın məlumatına görə, Ermənistanda əhalinin sıx məskunlaşdığı iki vilayətdə - Şirak və Loridə - bu cür xidmətlər ümumiyyətlə göstərilmir, bir sıra yerlərdə xidmətlərin bir hissəsi ödənişlidir. Ölkənin bəzi vilayətlərində palliativ yardım ümumiyyətlə göstərilmir, hamı üçün əlçatan deyil. Xəstələrin əksəriyyəti habelə lazım olan opioidləri almır.Xərçəng xəstələrinin maraqlarını və hüquqlarını müdafiə edən, həmçinin palliativ yardım haqqında ictimaiyyəti məlumatlandırmaq üçün kampaniya aparan “Enaran” Fondunun təsisçisi Ripsim Martirosyanın sözlərinə görə, Ermənistanda bu cür xidmətləri ödənişli, eləcə də pulsuz əsaslarla göstərən 31 qurum və xidmət var."İki vilayətin (Şirakda 230,5 min, Loridə 211,6 min nəfər sakin yaşayır) əhalisini nəzərə alsaq, sual yaranır ki, onların sağalmaz xəstələrə yardım göstərməsinə nə mane olur? Ya yerli tibb mərkəzləri bunu etmək istəmir, ya da problem buradadır", - o deyib.Gümrü Tibb Mərkəzinin baş həkimi Armen Xaçatryan isə Sputnik Ermənistan-a bildirib ki, hazırda xəstəxana bu xidməti göstərə bilmir, çünki regionda müvafiq kadr və ya infrastruktur yoxdur, ümumiyyətlə heç vaxt olmayıb: "İlk növbədə, bina məsələsini həll etmək, həm lisenziya almaq, həm də kadr hazırlamaq lazımdır. Bu, çox çətin və baha başa gəlir".Agentlik Ermənistanın Səhiyyə Nazirliyindən hansı rayonların sakinlərinin palliativ yardım ala biləcəyi, dövlət sifarişi əsasında hansı xidmətlərin göstərildiyi və bu yardıma neçə nəfərin ehtiyacı olduğu barədə məlumat tələb etsə də, nazirlik informasiya verməkdən imtina edib. Qurumdan qeyd olunub ki, belə statistika ümumiyyətlə yoxdur.Səhiyyə Nazirliyindən qeyd olunub ki, BMT-nin Narkotiklər üzərində Nəzarət Komitəsi ötən il Ermənistan üçün opioidlər üçün 12,5 kq kvotanı təsdiqləyib, lakin bundan cəmi 2 kiloqramı istifadə edilib.“Rəqəmlərlə yanaşı, canlı nümunə də var. Gümrü şəhər sakini 80 yaşlı L.K. bir neçə ay ağrıdan əziyyət çəkib, lakin heç bir dərman qəbul etməyib və lazımi kömək almayıb”, - agentlik bildirib.“Amma “Enaran” Fondu Ermənistanda hər gün 3 600 xəstənin palliativ müalicəyə ehtiyacı olduğunu hesablayan məlumatlara malikdir. Üstəlik, onların 40 %-i (1 440 nəfər) xərçəng xəstəsidir və pasiyentlərin cəmi 500-ü İrəvanda, qalanları regionlarda yaşayır ki, bu da palliativ yardıma çıxışı çətinləşdirir. Hər gün orta hesabla 3 370 nəfər (palliativ yardıma ehtiyacı olanların 93,7%-i) ağrıdan əziyyət çəkir”, - Sputnik Ermənistan vurğulayıb (tərcümə Report-a məxsusdur).Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0f/426709768_106:0:2837:2048_1920x0_80_0_0_53aa0102d3affc8524ce6e611ca97fc4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, tibbi xidmət
Ermənistanda minlərlə xəstə palliativ tibbi yardımdan məhrum olub
Ermənistanda əhalinin sıx məskunlaşdığı iki vilayətdə - Şirak və Loridə - bu cür xidmətlər ümumiyyətlə göstərilmir, bir sıra yerlərdə xidmətlərin bir hissəsi ödənişlidir.
BAKI, 9 iyul - Sputnik. Ermənistanda minlərlə xəstə palliativ tibbi yardımdan (sağalması mümkün olmayan xəstələrin əzabının qarşısının alınması və vəziyyətinin yüngülləşdirilməsi - red) məhrum olub.
Sputnik Ermənistan-ın məlumatına görə, Ermənistanda əhalinin sıx məskunlaşdığı iki vilayətdə - Şirak və Loridə - bu cür xidmətlər ümumiyyətlə göstərilmir, bir sıra yerlərdə xidmətlərin bir hissəsi ödənişlidir. Ölkənin bəzi vilayətlərində palliativ yardım ümumiyyətlə göstərilmir, hamı üçün əlçatan deyil. Xəstələrin əksəriyyəti habelə lazım olan opioidləri almır.
Xərçəng xəstələrinin maraqlarını və hüquqlarını müdafiə edən, həmçinin palliativ yardım haqqında ictimaiyyəti məlumatlandırmaq üçün kampaniya aparan “Enaran” Fondunun təsisçisi Ripsim Martirosyanın sözlərinə görə, Ermənistanda bu cür xidmətləri ödənişli, eləcə də pulsuz əsaslarla göstərən 31 qurum və xidmət var.
"İki vilayətin (Şirakda 230,5 min, Loridə 211,6 min nəfər sakin yaşayır) əhalisini nəzərə alsaq, sual yaranır ki, onların sağalmaz xəstələrə yardım göstərməsinə nə mane olur? Ya yerli tibb mərkəzləri bunu etmək istəmir, ya da problem buradadır", - o deyib.
Gümrü Tibb Mərkəzinin baş həkimi Armen Xaçatryan isə Sputnik Ermənistan-a bildirib ki, hazırda xəstəxana bu xidməti göstərə bilmir, çünki regionda müvafiq kadr və ya infrastruktur yoxdur, ümumiyyətlə heç vaxt olmayıb:
"İlk növbədə, bina məsələsini həll etmək, həm lisenziya almaq, həm də kadr hazırlamaq lazımdır. Bu, çox çətin və baha başa gəlir".
Agentlik Ermənistanın Səhiyyə Nazirliyindən hansı rayonların sakinlərinin palliativ yardım ala biləcəyi, dövlət sifarişi əsasında hansı xidmətlərin göstərildiyi və bu yardıma neçə nəfərin ehtiyacı olduğu barədə məlumat tələb etsə də, nazirlik informasiya verməkdən imtina edib. Qurumdan qeyd olunub ki, belə statistika ümumiyyətlə yoxdur.
Səhiyyə Nazirliyindən qeyd olunub ki, BMT-nin Narkotiklər üzərində Nəzarət Komitəsi ötən il Ermənistan üçün opioidlər üçün 12,5 kq kvotanı təsdiqləyib, lakin bundan cəmi 2 kiloqramı istifadə edilib.
“Rəqəmlərlə yanaşı, canlı nümunə də var. Gümrü şəhər sakini 80 yaşlı L.K. bir neçə ay ağrıdan əziyyət çəkib, lakin heç bir dərman qəbul etməyib və lazımi kömək almayıb”, - agentlik bildirib.
“Amma “Enaran” Fondu Ermənistanda hər gün 3 600 xəstənin palliativ müalicəyə ehtiyacı olduğunu hesablayan məlumatlara malikdir. Üstəlik, onların 40 %-i (1 440 nəfər) xərçəng xəstəsidir və pasiyentlərin cəmi 500-ü İrəvanda, qalanları regionlarda yaşayır ki, bu da palliativ yardıma çıxışı çətinləşdirir. Hər gün orta hesabla 3 370 nəfər (palliativ yardıma ehtiyacı olanların 93,7%-i) ağrıdan əziyyət çəkir”, - Sputnik Ermənistan vurğulayıb (tərcümə Report-a məxsusdur).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.