https://sputnik.az/20230709/erdogan-baydene-deyib-456648629.html
Ərdoğan telefon söhbətində Baydenə nə deyib?
Ərdoğan telefon söhbətində Baydenə nə deyib?
Sputnik Azərbaycan
Liderlər həmçinin ikitərəfli və regional münasibətlərin ətraflı müzakirəsi üçün NATO-nun Vilnüs sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər. 09.07.2023, Sputnik Azərbaycan
2023-07-09T21:48+0400
2023-07-09T21:48+0400
2023-07-09T23:56+0400
dünya xəbərləri
rəcəb tayyip ərdoğan
co bayden
abş prezidenti cozef bayden
nato
https://cdnn1.img.sputnik.az/img/40687/79/406877911_0:182:3500:2151_1920x0_80_0_0_05569bc9e4bc571ad3b3a93d65fc8934.jpg
BAKI, 9 iyul - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.Qeyd olunub ki, danışıqlar zamanı Ukrayna və İsveçin NATO-ya üzvlüyü, F-16-ların tədarükü, Türkiyənin Avropa İttifaqına tam inteqrasiyası məsələləri müzakirə olunub.Liderlər həmçinin ikitərəfli və regional münasibətlərin ətraflı müzakirəsi üçün NATO-nun Vilnüs sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.“Türkiyənin “F-16” tələbini İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirmək düzgün deyil”, - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığı zamanı deyib.Türkiyə lideri vurğulayıb ki, İsveçdə terror təşkilatı olan PKK/PYD/YPG tərəfdarlarının sərbəst şəkildə terroru dəstəkləyən nümayişlər keçirməsi ölkənin NATO-ya üzv olması ilə bağlı atılan addımlarını puça çıxarır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40687/79/406877911_195:0:3306:2333_1920x0_80_0_0_8db546abc7b4d1be7635fe0f16bd4743.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəcəb tayyip ərdoğan, co bayden, abş prezidenti cozef bayden, nato
rəcəb tayyip ərdoğan, co bayden, abş prezidenti cozef bayden, nato
Ərdoğan telefon söhbətində Baydenə nə deyib?
21:48 09.07.2023 (Yenilənib: 23:56 09.07.2023) Liderlər həmçinin ikitərəfli və regional münasibətlərin ətraflı müzakirəsi üçün NATO-nun Vilnüs sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.
BAKI, 9 iyul - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, danışıqlar zamanı Ukrayna və İsveçin NATO-ya üzvlüyü, F-16-ların tədarükü, Türkiyənin Avropa İttifaqına tam inteqrasiyası məsələləri müzakirə olunub.
Liderlər həmçinin ikitərəfli və regional münasibətlərin ətraflı müzakirəsi üçün NATO-nun Vilnüs sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.
“Türkiyənin “F-16” tələbini İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirmək düzgün deyil”, - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığı zamanı deyib.
Türkiyə lideri vurğulayıb ki, İsveçdə terror təşkilatı olan PKK/PYD/YPG tərəfdarlarının sərbəst şəkildə terroru dəstəkləyən nümayişlər keçirməsi ölkənin NATO-ya üzv olması ilə bağlı atılan addımlarını puça çıxarır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.