https://sputnik.az/20230709/atlantik-okeanda-yuzlerle-miqrant-itkin-dusub-456648360.html
Atlantik okeanında 300 nəfər müəmmalı şəkildə itkin düşüb
Atlantik okeanında 300 nəfər müəmmalı şəkildə itkin düşüb
Sputnik Azərbaycan
Miqrantları Avropaya daşıyan “Caminando Fronteras” qeyri-hökumət təşkilatının nümayəndəsi Helena Maleno bildirib ki, qayıqlarda ümumilikdə 300 nəfər olub. 09.07.2023, Sputnik Azərbaycan
2023-07-09T23:38+0400
2023-07-09T23:38+0400
2023-07-10T09:54+0400
dünya xəbərləri
miqrant
ispaniya
afrika
https://cdnn1.img.sputnik.az/img/42282/85/422828568_0:160:3072:1888_1920x0_80_0_0_0ed53d1d4f46c636484d979f238c8fe2.jpg
BAKI, 9 iyul - Sputnik. Seneqaldan İspaniyaya məxsus Kanar adalarına gedən 3 qayıq Atlantik okeanının sularında itib.Miqrantları Avropaya daşıyan “Caminando Fronteras” qeyri-hökumət təşkilatının nümayəndəsi Helena Maleno bildirib ki, qayıqlarda ümumilikdə 300 nəfər olub.Onun sözlərinə görə, qayıqların birində təxminən 65 nəfər, digərində isə 50-60 nəfər olub. Onlar 15 gün əvvəl yoxa çıxıblar. Göyərtəsində təxminən 200 nəfərin olduğu başqa bir gəmi iyunun 27-də Seneqalı tərk edib və o vaxtdan bəri harada olduğu bilinmir.Afrikanın qərb sahillərində yerləşən Kanar adaları İspaniyaya çatmağa çalışan miqrantların əsas məkanına çevrilib.“Ailələr çox narahatdırlar. Seneqalın eyni bölgəsindən təxminən 300 nəfər. Onlar Seneqaldakı qeyri-sabitliyə görə gediblər”, - deyə Maleno bildirib (Report).Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42282/85/422828568_171:0:2902:2048_1920x0_80_0_0_d08687bd389458170e7321db98526f20.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
miqrant, ispaniya, afrika
miqrant, ispaniya, afrika
Atlantik okeanında 300 nəfər müəmmalı şəkildə itkin düşüb
23:38 09.07.2023 (Yenilənib: 09:54 10.07.2023) Miqrantları Avropaya daşıyan “Caminando Fronteras” qeyri-hökumət təşkilatının nümayəndəsi Helena Maleno bildirib ki, qayıqlarda ümumilikdə 300 nəfər olub.
BAKI, 9 iyul - Sputnik. Seneqaldan İspaniyaya məxsus Kanar adalarına gedən 3 qayıq Atlantik okeanının sularında itib.
Miqrantları Avropaya daşıyan “Caminando Fronteras” qeyri-hökumət təşkilatının nümayəndəsi Helena Maleno bildirib ki, qayıqlarda ümumilikdə 300 nəfər olub.
Onun sözlərinə görə, qayıqların birində təxminən 65 nəfər, digərində isə 50-60 nəfər olub. Onlar 15 gün əvvəl yoxa çıxıblar. Göyərtəsində təxminən 200 nəfərin olduğu başqa bir gəmi iyunun 27-də Seneqalı tərk edib və o vaxtdan bəri harada olduğu bilinmir.
Afrikanın qərb sahillərində yerləşən Kanar adaları İspaniyaya çatmağa çalışan miqrantların əsas məkanına çevrilib.
“Ailələr çox narahatdırlar. Seneqalın eyni bölgəsindən təxminən 300 nəfər. Onlar Seneqaldakı qeyri-sabitliyə görə gediblər”, - deyə Maleno bildirib (Report).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.