Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xızıda mürəkkəb dağlıq-meşəlik ərazidə yanğın başlayıb - VİDEO

© Photo : Ministry of Emergency Situations of the Republic of AzerbaijanMeşə yanğını, arxiv
Meşə yanğını, arxiv - Sputnik Azərbaycan, 1920, 08.07.2023
Abunə olmaq
FHN əməkdaşları yanğınla mübarizə aparırlar, lakin küləkli hava şəraiti ərazidə yanğınsöndürmə əməliyyatlarını çətinləşdirir.
BAKI, 8 iyul - Sputnik. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb dağlıq-meşəlik relyefə malik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hazırda havanın küləkli olması ərazidə yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də yanğınla mübarizə tədbirləri davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi istiqamətində tədbirlər görürlər.
Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova Xızı rayonunda baş verən yanğınla bağlı açıqlamasında deyib.
"Yanğının söndürülməsində yerli əhali də yaxından iştirak edir", - deyə o, əlavə edib.
Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, xüsusilə küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0