Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şabranda mürəkkəb relyefli ərazidəki yanğın nəzarətə götürülüb - YENİLƏNİB

© Sputnik / Rashad KeremogluMeşə yanğını, arxiv
Meşə yanğını, arxiv - Sputnik Azərbaycan, 1920, 08.07.2023
Abunə olmaq
Bu gün Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə də yanğın baş verib, lakin FHN əməkdaşlarının səyi nəticəsində yanğın tam nəzarətə götürülüb.
BAKI, 8 iyul - Sputnik. Şabran rayonu Təkyə kəndi yaxınlığında, mürəkkəb relyefli ərazidə başlayan yanğın nəzarətə götürülüb.
APA-nın verdiyi məlumata görə, hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən APA-ya verilən xəbərə görə, hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.
Görülmüş operativ tədbirlər sayəsində yanğının kənd istiqamətində yayılmasının qarşısı alınıb.
Hazırda havanın küləkli olması ərazidə yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Xatırladaq ki, bu gün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın tam nəzarətə götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0