CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah paytaxtda 41 dərəcə isti gözlənilir

© AFP 2023 / GIUSEPPE CACACEBakıda günəşli hava, arxiv
Bakıda günəşli hava, arxiv  - Sputnik Azərbaycan, 1920, 08.07.2023
Abunə olmaq
Milli Hidrometeorologiya Xidməti sabaha olan hava proqnozunu açıqlayıb.
BAKI, 8 iyul - Sputnik. İyulun 9-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə 41° olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, bəzi yerlərdə 42° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0