https://sputnik.az/20230708/randa-namelum-sexsler-polis-bolmesine-hucum-edib-azi-bir-polis-olub--456619350.html
İranda naməlum şəxslər polis bölməsinə hücum edib, azı bir polis ölüb
İranda naməlum şəxslər polis bölməsinə hücum edib, azı bir polis ölüb
Sputnik Azərbaycan
Əvvəlcə hücum edənlərin polis idarəsinin binasına daxil olaraq atıcı silahlardan atəş açdığı, sonra isə qumbara atdığı barədə xəbər yayılıb. 08.07.2023, Sputnik Azərbaycan
2023-07-08T14:59+0400
2023-07-08T14:59+0400
2023-07-08T14:59+0400
dünya xəbərləri
iran
polis
hücum
https://cdnn1.img.sputnik.az/img/07e7/01/08/450457617_0:0:3073:1728_1920x0_80_0_0_ea5b413280ada6419e489848f01c6771.jpg
BAKI, 8 iyul - Sputnik. İranın Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin polis məntəqəsinə hücumu nəticəsində azı bir polis əməkdaşı həlak olub. Bu barədə TASS şənbə günü IRNA agentliyinə istinadən məlumat yayıb.Hücum əyalətin paytaxtı Zahedan şəhərində yerli vaxtla 7:15 (Bakı vaxtı ilə 7:45) radələrində baş verib.Şəhər prokuroruna istinad edən agentliyin məlumatına görə, bir neçə təcavüzkar polis bölməsinə yaxınlaşıb, bundan sonra partlayışlar baş verib.Hücum edənlərin qalan hissəsi polis idarəsinin binasına daxil olaraq atıcı silahlardan atəş açıblar. Eyni zamanda Sistan və Bəlucistan qubernatorunun müavini Əlireza Marhemati bu məlumatı təkzib edib.Mehr agentliyinin Marhematiyə istinadla verdiyi məlumata görə, hücum edənlər polis bölməsinə girməzdən əvvəl girişə qumbaraatan atıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/08/450457617_0:0:2731:2048_1920x0_80_0_0_6214013d4de6eb74a3c336317a1ac340.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, polis, hücum
İranda naməlum şəxslər polis bölməsinə hücum edib, azı bir polis ölüb
Əvvəlcə hücum edənlərin polis idarəsinin binasına daxil olaraq atıcı silahlardan atəş açdığı, sonra isə qumbara atdığı barədə xəbər yayılıb.
BAKI, 8 iyul - Sputnik. İranın Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin polis məntəqəsinə hücumu nəticəsində azı bir polis əməkdaşı həlak olub. Bu barədə TASS şənbə günü IRNA agentliyinə istinadən məlumat yayıb.
Hücum əyalətin paytaxtı Zahedan şəhərində yerli vaxtla 7:15 (Bakı vaxtı ilə 7:45) radələrində baş verib.
Şəhər prokuroruna istinad edən agentliyin məlumatına görə, bir neçə təcavüzkar polis bölməsinə yaxınlaşıb, bundan sonra partlayışlar baş verib.
Hücum edənlərin qalan hissəsi polis idarəsinin binasına daxil olaraq atıcı silahlardan atəş açıblar. Eyni zamanda Sistan və Bəlucistan qubernatorunun müavini Əlireza Marhemati bu məlumatı təkzib edib.
Mehr agentliyinin Marhematiyə istinadla verdiyi məlumata görə, hücum edənlər polis bölməsinə girməzdən əvvəl girişə qumbaraatan atıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.